Məhkəmə qərarları › İş №e-2(037)-1047/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1047/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1047/2025 21.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********08728” Xiaomi Redmi 12”,”Paket M” xidməti üçün ümumilikdə 377.81 manat olmaqla ondan 322.01 manat ödənilməmiş hissə , İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 32.20 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********62683 “X2 13” markalı telefon üçün ümumilikdə 695.89 manat olmaqla ondan 632.63 manat ödənilməmiş hissə , 63.26 manat cərimə borcu yaranmışdır.xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “X1 2 il” xidməti, “ Tcl Led” TV üçün 29.59 manat olmaqla ondan 26.90 manat ödənilməmiş hissə,2.69 manat cərimə, 31.04 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 11 iyul 2025-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilmklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh ərizə göndərərək maddi vəziyyətinin nəzərə alınmasını və ona münasib hüquqi güzəştin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 580.14 manat olan İmei kodu **********08728” Xiaomi Redmi 12”,”Paket M” xidməti üçün ümumilikdə 377.81 manat olmaqla ondan 322.01 manat ödənilməmiş hissə , İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 32.20 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 712.08 manat olan İmei kodu **********62683 “X2 13” markalı telefon üçün ümumilikdə 695.89 manat olmaqla ondan 632.63 manat ödənilməmiş hissə , 63.26 manat cərimə borcu yaranmışdır.xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 540 manat olan “X1 2 il” xidməti, “ Tcl Led” TV üçün 29.59 manat olmaqla ondan 26.90 manat ödənilməmiş hissə,2.69 manat cərimə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 850.68 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilmiş 08.05..2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********08728” Xiaomi Redmi 12”,”Paket M” xidməti üçün ümumilikdə 377.81 manat olmaqla ondan 322.01 manat ödənilməmiş hissə , İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 32.20 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********62683 “X2 13” markalı telefon üçün ümumilikdə 695.89 manat olmaqla ondan 632.63 manat ödənilməmiş hissə , 63.26 manat cərimə borcu yaranmışdır.xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “X1 2 il” xidməti, “ Tcl Led” TV üçün 29.59 manat olmaqla ondan 26.90 manat ödənilməmiş hissə,2.69 manat cərimə, ümumilikdə 1103.29 manat borcun və 31.04 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan: 04 yanvar 2024-cü il tarixli, 14485143 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 580.14 manat dəyərində İmei kodu **********08728 “Xiaomi Redmi 12” markalı telefon, “Paket M” xidməti satılmışdır. 23 iyun 2024-cü il tarixli, 11234309 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 712.08 manat dəyərində İmei kodu **********62683 “X2 13” markalı telefon satılmışdır. 20 oktyabr 2023-cü il tarixli, 03566977 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 540 manat dəyərində “X1 2 il” xidməti, Tcl Led TV satılmışdır. 08 may 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin 03 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 30 iyun 2025-ci il tarixli arayışın surətindən görünür ki, İmei kodu **********62683 “X2 13” markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir. 30 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətlərindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 322.01 manat borcu qalmış və əsas borca 32.20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 632.63 manat borcu qalmış, əsas borca 63.26 manat cərimə , xx.xx.2023-cü il tarixli müqavilə üzrə 26.90 manat borcu qalmış, əsas borca 2.69 manat cərimə hesablanmışdır. 01 iyul 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 31.04 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 389-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, cavabdeh borcunu müqavilələrin şərtlərinə uyğun ödəmədiyindən və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 322.01 manat ödənilməmiş hissə, 32.20 manat cərimə borcu, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 632.63 manat ödənilməmiş hissə, 63.26 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 26.90 manat ödənilməmiş hissə, 2.69 manat cərimə olmaqla cəmi 1103,29 manat borc və 31.04 manat ödənilmiş dövlət rüsumu – cəmi 1134 (bir min bir yüz otuz dörd) manat 33 (otuz üç) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar