Məhkəmə qərarları › İş №e-2(037)-1065/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1065/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1065/2025 21.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 14 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel üçün 473,82 manat ödənilməmiş hissə, 47,38 manat cərimə, ümumilikdə 521,2 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 948,96 manat (18 ay + 52,72 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı dəyəri 948,96 manat olan İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel üçün 473,82 manat ödənilməmiş hissə, 47,38 manat cərimə borcu yaranmışdır. Cavabdehin 14 mart 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 475,14 manat təşkil edir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 13 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 14 mart 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel üçün 473,82 manat ödənilməmiş hissə, 47,38 manat cərimə, ümumilikdə 521,2 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 11 iyul 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 14 mart 2024-cü il tarixli 11987404 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 52,72 manat olmaqla cəmi 948,99 manat dəyərində İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel satılmışdır. - 13 iyun 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 02 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 14 mart 2024-cü il tarixli müqavilə üzrə 948,96 manat borc məbləğindən 475,14 manat ödəniş etmiş, 473,82 manat ödənilməmiş hissə, 47,38 manat cərimə - cəmi 521,2 manat borcu qalmışdır. - 03 iyul 2025-ci il tarixli 74824096 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 14 mart 2024-cü il tarixli 11987404 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 52,72 manat ödəmək şərtilə cəmi 948,96 manat dəyərində İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 475,14 manat ödəniş etmiş, 473,82 manat borcu ödənilməmiş qalmış, həmin borca 47,38 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 473,82 manat ödənilməmiş hissə, 47,38 manat cərimə borcu yaranmışdır. İddiaçı cəmi 521,2 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14 mart 2024cü il tarixli müqavilə üzrə İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel üçün 473,82 manat ödənilməmiş hissə, 47,38 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 551,2 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14 mart 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********79520 olan Blackvıew A96, paket L xidməti, 2 ədəd qızıl zəmanət ultra 3 İl xidməti, mini soba kumtel üçün 473,82 manat ödənilməmiş hissə, 47,38 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 551 (beş yüz əlli bir) manat 20 (iyirmi) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar