Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-111/2024 11.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 07 iyul 2020-ci il tarixli müqaviləyə əsasən 1480 manat gecikdirilmiş borc, 118,4 manat cərimə və 36,39 manat dövlət rüsumunun alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 07 iyul 2020-ci il tarixdə İktech markalı Su təmizləyici sisteminin alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 1690 manat olan malı cavabdehə nisyə satmış, cavabdeh malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmiş, 1480 manat əsas borcu ödənilməmiş qalmış, əsas borca 118,4 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 27 noyabr 2023-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Hacıhətəmli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin uzun müddətdir ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığı, mümkün olduğu təqdirdə məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -07 iyul 2020-ci il tarixli KG-582/2020 nömrəli alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 90 manat olmaqla cəmi 1690 manat dəyərində İktech markalı su təmizləyici satılmışdır. -07 iyul 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, bir ədəd İktech markalı su təmizləyici sistemi Sabunçu rayonu Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsində quraşdırılmış, cavabdeh su təmizləyici sistemini tam işlək və qüsursuz vəziyyətdə təhvil almışdır. -16 oktyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 07 iyul 2020-ci il tarixli müqavilə üzrə borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəmə və hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. -16 noyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, cavabdeh 07 iyul 2020-ci il tarixli KG-M582/2020 nömrəli müqavilə üzrə 1690 manat borcundan 210 manat ödəniş etmiş, 1480 manat ödənilməmiş əsas və 118,4 manat cərimə borcu qalmışdır. -16 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36,39 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 07 iyul 2020-ci il tarixli KG-582/2020 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 90 manat olmaqla cəmi 1690 manat dəyərində İktech markalı su təmizləyici satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ödəniş etmiş, 1480 manat borcu ödənilməmiş qalmış, həmin borca 118,4 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cəmi 1480 manat borcu və ödənilmiş 36,39 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 07 iyul 2020-ci il tarixli müqavilə üzrə 1480 manat gecikdirilmiş borc, 118,4 manat cərimə və 36,39 manat dövlət rüsumu, cəmi 1634,79 manat məbləği Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 07 iyul 2020-ci il tarixli müqavilə üzrə 1480 manat gecikdirilmiş borc, 118,4 manat cərimə və 36,39 manat dövlət rüsumu, cəmi 1634 (bir min altı yüz otuz dörd) manat 79 (yetmiş doqquz) manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-111/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-111/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver