Məhkəmə qərarları › İş №e-2(037)-1130/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1130/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1130/2023 26.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 25 may 2019-cu il tarixli S3K5738035 nömrəli müqavilə üzrə 513 manat əsas və 154 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli BSK4706231 nömrəli müqavilə üzrə 234 manat əsas, 70 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1001 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 26 sentyabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Basqal qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və məhkəmə sənədi cavabdehə çatdırılması üçün icra nümayəndəliyində saxlanılmışdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 may 2019-cu il tarixli S3K5738035 nömrəli müqaviləyə əsasən 1326 manat dəyəri olan bir ədəd “Beko” markalı televizor və 05 mart 2020-ci il tarixli BSK4706231 nömrəli müqaviləyə əsasən 499 manat dəyəri olan bir ədəd “Xiaomi Mİ A3” markalı telefon onun tərəfindən hissə-hissə ödəniş olmaqla cavabdehə satılmışdır. Cavabdeh S3K5738035 nömrəli müqavilə üzrə 30 manat ilkin ödəniş olmaqla, qalan 1296 manat pulu 24 ay müddətinə, aylıq 54 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh BSK4706231 nömrəli müqavilə üzrə 10 manat ilkin ödəniş olmaqla, qalan 489 manat pulu 12 ay müddətinə, aylıq 41 manat olmaqla, hər ayın 04-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticə sonuncunun S3K5738035 nömrəli müqavilə üzrə 513 manat əsas borc və 154 manat dəbbə pulu olmaqla 667 manat, BSK4706231 nömrəli müqavilə üzrə isə 234 manat əsas və 70 manat dəbbə pulu olmaqla, 304 manat borcu yaranmışdır. Cavabdeh S3K5738035 nömrəli müqavilə üzrə sonuncu dəfə 04 aprel 2023-cü il tarixdə 15 manat, BSK4706231 nömrəli müqavilə üzrə isə sonuncu dəfə 17 dekabr 2022-ci il tarixdə 20 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehdən 25 may 2019-cu il tarixli S3K5738035 nömrəli müqavilə üzrə 513 manat əsas və 154 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli BSK4706231 nömrəli müqavilə üzrə 234 manat əsas, 70 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1001 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 25 may 2019-cu il tarixli, S3K5738035 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh ilkin ödəniş 30 manat olmaqla, 1326 manat dəyərində bir ədəd “TV LED Beko B43L 6760 5B və photocamera Sony W630 (hədiyyə)” satılmış, Cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 24 ay müddətində hər ay 54 manat ödəməyi öhdəsinə götürmüşdür. 05 mart 2020-ci il tarixli, BSK4706231 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh ilkin ödəniş 10 manat olmaqla, 499 manat dəyərində bir ədəd “Xiaomi Mİ A3 64GB Blue” satılmış, Cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 12 ay müddətində hər ay 41 manat ödəməyi öhdəsinə götürmüşdür. 26 avqust 2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, borcun könüllü qaydada 5 təqvim günü müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 06 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 25 may 2019-cu il tarixli S3K5738035 nömrəli müqavilə üzrə 513 manat əsas və 154 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli BSK4706231 nömrəli müqavilə üzrə 234 manat əsas, 70 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1001 manat borcu vardır. 11 sentyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, 25 may 2019-cu il tarixli, S3K5738035 nömrəli alğı-satqı müqaviləsinə əsasən fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh ilkin ödəniş 30 manat olmaqla, 1326 manat dəyərində bir ədəd “TV LED Beko B43L 6760 5B və photocamera Sony W630 (hədiyyə)” satılmış, Cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 24 ay müddətində hər ay 54 manat ödəməyi öhdəsinə götürmüşdür. 05 mart 2020-ci il tarixli, BSK4706231 nömrəli alğı-satqı müqaviləsinə əsasən fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh ilkin ödəniş 10 manat olmaqla, 499 manat dəyərində bir ədəd “Xiaomi Mİ A3 64GB Blue” satılmış, Cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 12 ay müddətində hər ay 41 manat ödəməyi öhdəsinə götürmüşdür. 26 avqust 2023-cü il tarixdə borcun könüllü qaydada 5 təqvim günü müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehin 25 may 2019-cu il tarixli S3K5738035 nömrəli müqavilə üzrə 513 manat əsas və 154 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli BSK4706231 nömrəli müqavilə üzrə isə 234 manat əsas və 70 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı cavabdehdən 25 may 2019-cu il tarixli S3K5738035 nömrəli müqavilə üzrə 513 manat əsas və 154 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli BSK4706231 nömrəli müqavilə üzrə 234 manat əsas, 70 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1001 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehdən 25 may 2019-cu il tarixli, S3K5738035 nömrəli alğı-satqı müqaviləsi üzrə 513 manat əsas borc və 05 mart 2020-ci il tarixli, BSK4706231 nömrəli alğı-satqı müqaviləsi üzrə isə 234 manat əsas borcun alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 25 may 2019-cu il tarixli, S3K5738035 nömrəli alğı-satqı müqaviləsi üzrə 154 manat dəbbə pulu hissəsində qismən – 50 manat həddində, 05 mart 2020-ci il tarixli, BSK4706231 nömrəli alğı-satqı müqaviləsi üzrə isə 70 manat dəbbə pulu hissəsində qismən – 25 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25 may 2019-cu il tarixli S3K5738035 nömrəli müqavilə üzrə 513 manat əsas və 50 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli BSK4706231 nömrəli müqavilə üzrə 234 manat əsas, 25 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 852 (səkkiz yüz əlli iki) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar