Məhkəmə qərarları › İş №e-2(037)-1164/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1164/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1164/2025 11.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı pul tələbinə dair mülki işəİsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) məhkəməyə müraciət edərək X1(bundan sonra - cavabdeh)borc müqavilələrinə əsasən 1779 manat əsas borc və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu - cəmi 1817 manat məbləğində pul vəsaitinin alınaraq onaödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə iddiaçı "xxxx" MMC müddəti 20 ay müddətinə 07 iyul 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1420 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin həmin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 686 manat əsas borcu qalmışdır. Tərəflər arasında bağlamış müddəti 20 ay olmaqla 24 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 930 manat olan məişət avadanlığı əldə etmişdir. Həmin müqalivəyə əsasən cavabdehin ödənişlər etdikdən sonra iddiaçıya 283 manat əsas borcu qalmışdır. Tərəflər arasında bağlamış müddəti 20 ay olmaqla 04 dekabr 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1200 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin həmin müqavilə üzrə ödənişlər etdikdən sonra 810 manat əsas borcu qalmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 05 avqust 2025-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 24 mart 2023-cü il tarixli,SDK6133325 nömrəli borc müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə dəyəri 930 manat olan “WM Beko Rspe 786125” və hədiyyə “X5 3122 T” məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 50 manat ilkin ödəniş etmiş, qalan 880 manat məbləğini 20 ay müddətinə aylıq 44 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 24 mart 2023-cü il tarixli,SDK6133325 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə “WM Beko Rspe 786125” və “X5 3122 T” məişət avadanlığı təqdim olunmuşdur. 07 iyul 2023-cü il tarixli,SDK6133702 nömrəli borc müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə dəyəri 1420 manat olan “Ref Beko B3RCNK 362 HX” məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 100 manat ilkin ödəniş etmiş, qalan 1320 manat məbləğini 20 ay müddətinə aylıq 66 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 07 iyul 2023-cü il tarixli,SDK6133702 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə “Ref Beko B3RCNK 362 HX” məişət avadanlığı təqdim olunmuşdur. 04 dekabr 2023-cü il tarixli, SDK6759313 nömrəli borc müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə dəyəri 1200 manat olan “TV Led Philips 43PUS7607/12” məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 100 manat ilkin ödəniş etmiş, qalan 1100 manat məbləğini 20 ay müddətinə aylıq 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 04 dekabr 2023-cü il tarixli, SDK6759313 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə “TV Led Philips 43PUS7607/12” məişət avadanlığı təqdim olunmuşdur. 16 iyul 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1779 manat borcu qalmış və həmin borcun 03 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə bildirilmişdir. 15 yanvar2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli SDK6133702 saylı müqavilə üzrə 686 manat, xx.xx.2023-cü il tarixli SDK6133325 saylı müqavilə üzrə 283 manat və xx.xx.2023-cü iltarixli SDK6759313 saylımüqavilə üzrə 810 manat – cəmi1779 manat borcu qalmışdır. 23 iyul 2025-ci il tarixli,********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 389-cu maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında müqavilələr bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrlə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. İddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsini tənzimləyən maddi hüquq normaları təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbi borc müqavilələrindən irəli gələn mübahisə kimi qeyd olunmuş, məhz həmin müqavilələrə istinad edilməklə ümumi məbləğ cavabdehdən tələb edilir. Belə ki, bağlanmış müqavilələr borc müqavilələri adı altında bağlansa da, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının mənasından (Mülki Məcəllənin 404.1.və 404.2ci maddələri) görünür ki, məhkəmə müqavilələrin şərtlərini təfsir edərkən təkcə müqavilələrdəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilələrin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqavilələrə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Odur ki, hazırda iş üzrə tərəflər arasında müvafiq öhdəlik hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilələr hüquqi təbiəti etibarı ilə əşyanın nisyə alğı-satqısı müqaviləsləri olmaqla, tərəflərin bu istiqamətdə formalaşmış iradə ifadəsini əks etdirir. Belə ki, müqavilələr bağlandıqdan sonra əşyanın cavabdehə təhvil verilməsi, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğlərinin razılaşdırılması, alıcının əşyanı əldə etməsi müqabilində əşyanın dəyərini hər ay hissəhissə ödəməyi öhdəsinə götürməsi kimi işin faktiki halları da məhz analoji nəticəyə gəlməyə əsas verir. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qaydada ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilələr üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görəiddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğindədövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X3 tərəfindən24 mart 2023-cü il tarixli, SDK6133325 saylı, 07 iyul 2023-cü il tarixli SDK6133702 saylı, 04 dekabr 2023-cü il tarixli, SDK6759313 saylı borc müqavilələrinə əsasən 1779 manat əsas borc və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu - cəmi 1817 (bir min səkkiz yüz on yeddi) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinəödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar