Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-123/2024 15.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1443 manat əsas borc, 143 manat dəbbə pulu və 35,86 manat dövlət rüsumu, cəmi 1621,86 manat məbləğin alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10 may 2020-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. 10 may 2020-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1866 manat olan bir ədəd mal almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 18 ay ərzində aldığı malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlandıqdan sonra ümumi borcundan müəyyən ödənişlər etsə də borcun tam şəkildə ödənilməsi təmin olunmamışdır. Cavabdehin 20 noyabr 2023-cü il tarixə əsas borcu 1443 manat, dəbbə pulu 143 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 04 dekabr 2023-cü il tarixdə göndərilmiş, 13 dekabr 2023-cü il tarixdə cavabdeh tərəfindən alınmışdır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 10 may 2020-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 104 manat olmaqla cəmi 1866 manat dəyərində Arçelik markalı soyuducu satılmışdır. -10 may 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 1866 manat dəyərində 1 ədəd Arçelik markalı soyuducu cavabdehə təhvil verilmişdir. -12 sentyabr 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 10 may 2020-ci il tarixli müqavilə üzrə 1443 manat əsas borc, 143 manat dəbbə pulunun ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 20 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 10 may 2020-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1443 manat əsas və 143 manat dəbbə pulu olmaqla cəmi 1586 manat borcu vardır. - 30 noyabr 2023-cü il tarixli **********49 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 35,86 manat dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 may 2020-ci il tarixli ******* nömrəli nisyə alqısatqı müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən cavabdeh ümumi dəyəri 1866 manat olan bir ədəd Arçelik markalı soyuducu almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 104 manat olmaqla aldığı əşyanın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlandıqdan sonra ümumi borcundan ödəniş etsə də borc məbləği tam şəkildə ödəməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq əsas borca 143 manat dəbbə pulu hesablanmışdır. İddiaçı cavadehdən 1443 manat əsas borc, 143 manat dəbbə pulu və 35,86 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1443 manat əsas borc, 143 manat dəbbə pulu və 35,86 manat dövlət rüsumu olmaqla cəmi 1621,86 manat məbləğinin alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1443 manat əsas borc, 143 manat dəbbə pulu və 35,86 manat dövlət rüsumu olmaqla cəmi 1621 (bir min altı yüz iyirmi bir) manat 86 (səksən altı) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-123/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-123/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver