Məhkəmə qərarları › İş №e-2(037)-1246/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1246/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1246/2023 21.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 may 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********67605 olan X1 11 markalı telefon üçün 563,46 manat ödənilməmiş hissə, 56,54 manat cərimə və 14 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********93304 olan Xıaomı 12 10A markalı telefon üçün 582 manat ödənilməmiş hissə, 58 manat cərimə, ümumilikdə 1260 manat borc və 32,6 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 may 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 845,46 manat (18 ay + 46,97 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********67605 olan X1 11 markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 429 manat (18 ay + 48,5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********93304 olan Xıaomı 12 10A markalı telefon almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 282 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 17 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 24 may 2022-ci il tarixli 03451831 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 46,97 manat olmaqla cəmi 845,55 manat dəyərində İmei kodu **********67605 olan X1 11 markalı telefon satılmışdır. - 14 noyabr 2022-ci il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 48,5 manat olmaqla cəmi 582,03 manat dəyərində İmei kodu **********93304 olan Xıaomı 12 10A markalı telefon satılmışdır. - 25 sentyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 24 may 2022-ci il və 14 noyabr 2022-ci il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 04 oktyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 24 may 2022-ci il tarixli müqavilə üzrə 845,46 manat borc məbləğindən 282 manat ödəniş etmiş, 563,46 manat ödənilməmiş hissə, 56,54 manat cərimə, 14 noyabr 2022-ci il tarixli müqavilə üzrə 582 manat borc məbləğindən ödəniş etməmiş, 582 manat ödənilməmiş hissə, 58 manat cərimə - hər iki müqavilə üzrə cəmi 1260 manat borcu qalmışdır. - 05 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 32,6 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 24 may 2022-ci il tarixli 03451831 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 46,97 manat olmaqla cəmi 845,55 manat dəyərində İmei kodu **********67605 olan X1 11 markalı telefon, 14 noyabr 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 48,5 manat olmaqla cəmi 582,03 manat dəyərində İmei kodu **********93304 olan Xıaomı 12 10A markalı telefon satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 282 manat ödəniş etmişdir. Cavabdehin 24 may 2022-ci il tarixli müqavilə üzrə 563,46 manat borcu qalmış, həmin borca 56,54 manat cərimə, 14 noyabr 2022-ci il tarixli müqavilə üzrə 582 manat borcu qalmış, həmin borca 58 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 1260 manat borcu yaranmışdır. İddiaçı cəmi 1260 manat borcu və ödənilmiş 32,6 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 24 may 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********67605 olan X1 11 markalı telefon üçün 563,46 manat ödənilməmiş hissə, 56,54 manat cərimə, 14 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********93304 olan Xıaomı 12 10A markalı telefon üçün 582 manat ödənilməmiş hissə, 58 manat cərimə və 32,6 manat dövlət rüsumu, cəmi 1292,6 manat məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 24 may 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********67605 olan X1 11 markalı telefon üçün 563,46 manat ödənilməmiş hissə, 56,54 manat cərimə, 14 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********93304 olan Xıaomı 12 10A markalı telefon üçün 582 manat ödənilməmiş hissə, 58 manat cərimə və 32,6 manat dövlət rüsumu, cəmi 1292 (bir min iki yüz doxsan iki) manat 60 (altmış) qəpik məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar