Məhkəmə qərarları › İş №e-2(037)-1267/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1267/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1267/2025 29.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********39913 olan Oppo A3X, mat vinil, paket M xidməti üçün 302,96 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 30,3 manat cərimə, 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən vıvo markalı qulaqlıq, kıeslect lady calling markalı qol saatı, şəffaf vinil üçün 127,96 manat ödənilməmiş hissə, 12,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı fakturaya əsasən gorenje markalı mikrodalğalı soba, bosch markalı tozsoran, oneblade philips üçün 388,04 manat ödənilməmiş hissə, 38,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı fakturaya əsasən midea markalı qaz kolonkası, qızıl zəmanət ultra 2 il xidməti üçün 447,71 manat ödənilməmiş hissə, 44,77 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə cəmi 1416,94 manat borc və 34,17 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 363,96 manat (18 ay + 20,22 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********39913 olan Oppo A3X, mat vinil, paket M xidməti almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 302,96 manat manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 30,3 manat cərimə pulu borcu yaranmışdır. Tərəflər arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 171,96 manat (12 ay + 14,33 manat + 0 manat ilkin ödəniş) olan vıvo markalı qulaqlıq, kıeslect lady calling markalı qol saatı, şəffaf vinil almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 127,96 manat manat ödənilməmiş hissə və 12,8 manat cərimə pulu borcu yaranmışdır. Tərəflər arasında bağlanmış 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 437,04 manat (18 ay + 24,28 manat + 0 manat ilkin ödəniş) olan gorenje markalı mikrodalğalı soba, bosch markalı tozsoran, oneblade philips almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 388,04 manat manat ödənilməmiş hissə və 38,8 manat cərimə pulu borcu yaranmışdır. Tərəflər arasında bağlanmış 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 474,12 manat (18 ay + 26,34 manat + 0 manat ilkin ödəniş) olan midea markalı qaz kolonkası, qızıl zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 447,71 manat manat ödənilməmiş hissə və 44,77 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 180,41 manat təşkil edir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 05 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********39913 olan Oppo A3X, mat vinil, paket M xidməti üçün 302,96 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 30,3 manat cərimə, 22 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən vıvo markalı qulaqlıq, kıeslect lady calling markalı qol saatı, şəffaf vinil üçün 127,96 manat ödənilməmiş hissə, 12,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı fakturaya əsasən gorenje markalı mikrodalğalı soba, bosch markalı tozsoran, oneblade philips üçün 388,04 manat ödənilməmiş hissə, 38,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı fakturaya əsasən midea markalı qaz kolonkası, qızıl zəmanət ultra 2 il xidməti üçün 447,71 manat ödənilməmiş hissə, 44,77 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə cəmi 1416,94 manat borc və 34,17 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 28 avqust 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 21 oktyabr 2024-cü il tarixli 08602342 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 20,22 manat olmaqla cəmi 363,98 manat dəyərində İmei kodu **********39913 olan Oppo A3X, mat vinil, paket M xidməti satılmışdır. - 22 oktyabr 2024-cü il tarixli 03499932 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 14,33 manat olmaqla cəmi 171,99 manat dəyərində vıvo markalı qulaqlıq, kıeslect lady calling markalı qol saatı, şəffaf vinil satılmışdır. - 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 24,28 manat olmaqla cəmi 436,95 manat dəyərində gorenje markalı mikrodalğalı soba, bosch markalı tozsoran, oneblade philips satılmışdır. - 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 26,34 manat olmaqla cəmi 474,07 manat dəyərində midea markalı qaz kolonkası, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. - 05 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 19 avqust 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri əsasında cavabdehə satılmış İmei kodu **********39913 olan Oppo A3X markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. - 19 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 21 oktyabr 2024-cü il tarixli 08602342 nömrəli müqavilə üzrə 363,96 manat borc məbləğindən 61 manat ödəniş etmiş, 302,96 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 30,3 manat cərimə - cəmi 356,86 manat, 22 oktyabr 2024-cü il tarixli 03499932 nömrəli müqavilə üzrə 171,96 manat borc məbləğindən 44 manat ödəniş etmiş, 127,96 manat ödənilməmiş hissə, 12,8 manat cərimə - cəmi 140,76 manat, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı faktura üzrə 437,04 manat borc məbləğindən 49 manat ödəniş etmiş, 388,04 manat ödənilməmiş hissə, 38,8 manat cərimə - cəmi 426,84 manat, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı faktura üzrə 474,12 manat borc məbləğindən 26,41 manat ödəniş etmiş, 447,71 manat ödənilməmiş hissə, 44,77 manat cərimə - cəmi 492,48 manat, ümumilikdə dörd müqavilə üzrə 1416,94 manat borcu qalmışdır. - 21 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 34,20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli 08602342 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 20,22 manat olmaqla cəmi 363,98 manat dəyərində İmei kodu **********39913 olan Oppo A3X, mat vinil, paket M xidməti, 22 oktyabr 2024-cü il tarixli 03499932 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 14,33 manat olmaqla cəmi 171,99 manat dəyərində vıvo markalı qulaqlıq, kıeslect lady calling markalı qol saatı, şəffaf vinil, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı fakturaya əsasən 18 ay müddətinə hər ay 24,28 manat olmaqla cəmi 436,95 manat dəyərində gorenje markalı mikrodalğalı soba, bosch markalı tozsoran, oneblade philips, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı faktura üzrə 18 ay müddətinə hər ay 26,34 manat olmaqla cəmi 474,07 manat dəyərində midea markalı qaz kolonkası, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. Cavabdeh 21 oktyabr 2024-cü il tarixli 08602342 nömrəli müqavilə üzrə 363,96 manat borc məbləğindən 61 manat ödəniş etmiş, 302,96 manat ödənilməmiş hissə, 30,3 manat cərimə, 22 oktyabr 2024-cü il tarixli 03499932 nömrəli müqavilə üzrə 171,96 manat borc məbləğindən 44 manat ödəniş etmiş, 127,96 manat ödənilməmiş hissə, 12,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı faktura üzrə 437,04 manat borc məbləğindən 49 manat ödəniş etmiş, 388,04 manat ödənilməmiş hissə, 38,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı faktura üzrə 474,12 manat borc məbləğindən 26,41 manat ödəniş etmiş, 447,71 manat ödənilməmiş hissə, 44,77 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 1416,94 manat borcu qalmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. 21 oktyabr 2024-cü il tarixli 08602342 nömrəli müqavilə üzrə cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********39913 olan Oppo A3X markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. İddiaçı cavabdehdən həmin xidmət haqqı da daxil olmaqla dörd müqavilə üzrə ümumilikdə 1416,94 manat borcu və ödənilmiş 34,17 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********39913 olan Oppo A3X, mat vinil, paket M xidməti üçün 302,96 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 30,3 manat cərimə, 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə vıvo markalı qulaqlıq, kıeslect lady calling markalı qol saatı, şəffaf vinil üçün 127,96 manat ödənilməmiş hissə, 12,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı faktura üzrə gorenje markalı mikrodalğalı soba, bosch markalı tozsoran, oneblade philips üçün 388,04 manat ödənilməmiş hissə, 38,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı faktura üzrə midea markalı qaz kolonkası, qızıl zəmanət ultra 2 il xidməti üçün 447,71 manat ödənilməmiş hissə, 44,77 manat cərimə və 34,17 manat dövlət rüsumu, cəmi 1451,11 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********39913 olan Oppo A3X, mat vinil, paket M xidməti üçün 302,96 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 30,3 manat cərimə, 22 oktyabr 2024-cü il tarixli müqavilə üzrə vıvo markalı qulaqlıq, kıeslect lady calling markalı qol saatı, şəffaf vinil üçün 127,96 manat ödənilməmiş hissə, 12,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 01 dekabr 2024-cü il tarixli 16657666 saylı faktura üzrə gorenje markalı mikrodalğalı soba, bosch markalı tozsoran, oneblade philips üçün 388,04 manat ödənilməmiş hissə, 38,8 manat cərimə, 01 dekabr 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 30 dekabr 2024-cü il tarixli 04808864 saylı faktura üzrə midea markalı qaz kolonkası, qızıl zəmanət ultra 2 il xidməti üçün 447,71 manat ödənilməmiş hissə, 44,77 manat cərimə və 34,17 manat dövlət rüsumu, cəmi 1451 (bir min dörd yüz əlli bir) manat 11 (on bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar