Məhkəmə qərarları › İş №e-2(037)-1270/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1270/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1270/2023 30.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1299 manat əsas borc, 128 manat dəbbə pulu və 34,27 manat dövlət rüsumu, cəmi 1461,27 manat məbləğin alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12 fevral 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. 12 fevral 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1299 manat olan bir ədəd mal almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 18 ay ərzində aldığı malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlandıqdan sonra ümumi borcundan ödəniş etməmiş, 09 oktyabr 2023-cü il tarixə əsas borcu 1299 manat, dəbbə pulu 128 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 23 oktyabr 2023-cü il tarixdə göndərilmiş, məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən məhkəmə sənədinin cavabdehə çatdırılması üçün İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 12 fevral 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 73 manat olmaqla cəmi 1299 manat dəyərində Samsung markalı televizor satılmışdır. -12 fevral 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 1299 manat dəyərində 1 ədəd Samsung markalı televizor cavabdehə təhvil verilmişdir. 25 avqust 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 12 fevral 2021-ci il tarixli müqavilə üzrə 1299 manat əsas borc, 128 manat dəbbə pulunun ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 09 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 12 fevral 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1299 manat əsas və 128 manat dəbbə pulu borcu qalmışdır. - 20 oktyabr 2023-cü il tarixli **********72 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,27 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən cavabdeh ümumi dəyəri 1299 manat olan bir ədəd Samsung markalı televizor almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 73 manat olmaqla aldığı əşyanın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlandıqdan sonra ümumi borcundan heç bir ödəniş etməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq əsas borca 128 manat dəbbə pulu hesablanmışdır. İddiaçı cavadehdən 1299 manat əsas borc, 128 manat dəbbə pulu və 34,27 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1299 manat əsas borc, 128 manat dəbbə pulu və 34,27 manat dövlət rüsumu olmaqla cəmi 1461,27 manat məbləğinin alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1299 manat əsas borc, 128 manat dəbbə pulu və 34,27 manat dövlət rüsumu olmaqla cəmi 1461 (bir min dörd yüz altmış bir) manat 27 (iyirmi yeddi) qəpik məbləği İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar