Məhkəmə qərarları › İş №e-2(037)-1272/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1272/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1272/2023 24.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 24 noyabr 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 15 iyun 2022-ci il tarixli müqavilələr üzrə İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon üçün 383,44 manat ödənilməmiş hissə, 38,56 manat cərimə, “X1” üçün 263,98 manat ödənilməmiş hissə, 26,02 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 742 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 23 oktyabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Quşencə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və məhkəmə sənədi cavabdehə çatdırılması üçün icra nümayəndəliyində saxlanılmışdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 15 iyun 2022-ci il tarixli müqavilərə əsasən İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon və “X1” almış və nəticədə 712 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə 15 iyun 2022-ci il tarixli müqavilə üzrə cavabdehin alğısatqı qiyməti 574,44 manat (12 ay x 47,87 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon üçün ümumilikdə 422 manat olmaqla, ondan 383,44 manat ödənilməmiş hissə, güzəşt olunaraq 38,56 manat cərimə, eyni tarixli müqavilə üzrə isə alğı-satqı qiyməti 370,98 manat (18 ay x 20,61 manat + 0 manat ilkin ödəniş) olan “X1” üçün ümumilikdə 290 manat olmaqla, ondan 263,98 manat ödənilməmiş hissə, güzəşt olunaraq 26,02 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 298 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması və onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də o, müqavilələrlə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehdən 15 iyun 2022-ci il tarixli müqavilələr üzrə İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon üçün 383,44 manat ödənilməmiş hissə, 38,56 manat cərimə, “X1” üçün 263,98 manat ödənilməmiş hissə, 26,02 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 742 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 15 iyun 2022-ci il tarixli, 02111763 nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 47,87 manat ödəmək şərti ilə cəmi 574,49 manat dəyərində İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon satılmışdır. 15 iyun 2022-ci il tarixli, 02111764 nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,61 manat ödəmək şərti ilə cəmi 370,92 manat dəyərində “X1” satılmışdır. 21 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 07 oktyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 15 iyun 2022-ci il tarixli, 02111763 nömrəli müqavilə üzrə 574,44 manat borc məbləğindən 191 manat ödəniş etmiş, 383,44 manat borcu qalmış və əsas borca 38,56 manat cərimə hesablanmışdır. 15 iyun 2022-ci il tarixli, 02111764 nömrəli müqavilə üzrə isə 370,98 manat borc məbləğindən 107 manat ödəniş etmiş, 263,98 manat borcu qalmış və əsas borca 26,02 manat cərimə hesablanmışdır. 09 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 iyun 2022-ci il tarixli, 02111763 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 12 ay müddətinə hər ay 47,87 manat ödəmək şərti ilə cəmi 574,49 manat dəyərində İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon və 15 iyun 2022-ci il tarixli, 02111764 nömrəli müqavilə üzrə isə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 20,61 manat ödəmək şərti ilə cəmi 370,92 manat dəyərində “X1” satılmışdır. Cavabdeh 15 iyun 2022-ci il tarixli, 02111763 nömrəli müqavilə üzrə 574,44 manat borc məbləğindən 191 manat ödəniş etmiş, 383,44 manat borcu qalmış və əsas borca 38,56 manat cərimə hesablanmışdır. 15 iyun 2022-ci il tarixli, 02111764 nömrəli müqavilə üzrə isə 370,98 manat borc məbləğindən 107 manat ödəniş etmiş, 263,98 manat borcu qalmış və əsas borca 26,02 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 15 iyun 2022-ci il tarixli müqavilələr üzrə İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon üçün 383,44 manat ödənilməmiş hissə, 38,56 manat cərimə, “X1” üçün 263,98 manat ödənilməmiş hissə, 26,02 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 742 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh borclarını və ona hesablanmış cərimələrini ödəməli olduğundan, lakin borclarını müqavilələrin şərtlərinə uyğun ödəmədiyindən və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 15 iyun 2022-ci il tarixli, 02111763 nömrəli müqavilə üzrə İMEİ kodu **********40862 “Samsung Galaxy A13” markalı telefon üçün 383,44 manat ödənilməmiş hissə, 38,56 manat cərimə, 15 iyun 2022-ci il tarixli, 02111764 nömrəli müqavilə üzrə “X1” üçün 263,98 manat ödənilməmiş hissə, 26,02 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 742 (yeddi yüz qırx iki) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar