Məhkəmə qərarları › İş №e-2(037)-1305/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1305/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1305/2024 24.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********33096 olan Honor X8A markalı telefon üçün 501,96 manat ödənilməmiş hissə, 50,04 manat cərimə və 23 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********50252 olan İphone 14 markalı telefon, İphone 14 Clear case, Apple 20W USB-C adapter, vinil mat üçün 2986,96 manat ödənilməmiş hissə, 298,04 manat cərimə, ümumilikdə 3837 manat borc və 58,37 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 669,96 manat (12 ay + 55,83 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********33096 olan Honor X8A markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 23 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 3162,96 manat (18 ay + 175,72 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********50252 olan İphone 14 markalı telefon, İphone 14 Clear case, Apple 20W USB-C adapter, vinil mat almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 344 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 08 aprel 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 24 oktyabr 2023-cü il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 55,83 manat olmaqla cəmi 669,96 manat dəyərində İmei kodu **********33096 olan Honor X8A markalı telefon satılmışdır. - 23 dekabr 2023-cü il tarixli 10716664 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 175,72 manat olmaqla cəmi 3162,96 manat dəyərində İmei kodu **********50252 olan İphone 14 markalı telefon, İphone 14 Clear case, Apple 20W USB-C adapter, vinil mat satılmışdır. - 19 avqust 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 27 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 24 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 669,96 manat borc məbləğindən 168 manat ödəniş etmiş, 501,96 manat ödənilməmiş hissə, 50,04 manat cərimə, 23 dekabr 2023-cü il tarixli müqavilə üzrə 3162,96 manat borc məbləğindən 176 manat ödəniş etmiş, 2986,96 manat ödənilməmiş hissə, 298,04 manat cərimə - hər iki müqavilə üzrə cəmi 3837 manat borcu qalmışdır. - 29 avqust 2024-cü il tarixli 64625295 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 58,37 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 55,83 manat ödəmək şərti ilə cəmi 669,96 manat dəyərində İmei kodu **********33096 olan Honor X8A markalı telefon, 23 dekabr 2023-cü il tarixli 10716664 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 175,72 manat ödəmək şərti ilə cəmi 3162,96 manat dəyərində İmei kodu **********50252 olan İphone 14 markalı telefon, İphone 14 Clear case, Apple 20W USB-C adapter, vinil mat satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 344 manat ödəniş etmişdir. Cavabdehin 24 oktyabr 2023cü il tarixli müqavilə üzrə 501,96 manat borcu qalmış, həmin borca 50,04 manat cərimə, 23 dekabr 2023-cü il tarixli müqavilə üzrə 2986,96 manat borcu qalmış, həmin borca 298,04 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 3837 manat borcu yaranmışdır. İddiaçı cəmi 3837 manat borcu və ödənilmiş 58,37 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********33096 olan Honor X8A markalı telefon üçün 501,96 manat ödənilməmiş hissə, 50,04 manat cərimə, 23 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********50252 olan İphone 14 markalı telefon, İphone 14 Clear case, Apple 20W USB-C adapter, vinil mat üçün 2986,96 manat ödənilməmiş hissə, 298,04 manat cərimə və 58,37 manat dövlət rüsumu, cəmi 3895,37 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 24 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********33096 olan Honor X8A markalı telefon üçün 501,96 manat ödənilməmiş hissə, 50,04 manat cərimə, 23 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********50252 olan İphone 14 markalı telefon, İphone 14 Clear case, Apple 20W USB-C adapter, vinil mat üçün 2986,96 manat ödənilməmiş hissə, 298,04 manat cərimə və 58,37 manat dövlət rüsumu, cəmi 3895 (üç min səkkiz yüz doxsan beş) manat 37 (otuz yeddi) qəpik məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar