Məhkəmə qərarları › İş №e-2(037)-1324/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1324/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1324/2025 21.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti üçün 193,52 manat ödənilməmiş hissə, 19,35 manat cərimə və 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı fakturaya əsasən Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti üçün 2049,12 manat ödənilməmiş hissə, 204,91 manat cərimə, ümumilikdə 2466,9 manat borc və 44,67 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 432,4 manat (12 ay + 27,7 manat + 100 manat ilkin ödəniş) olan İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti almış, 193,52 manat ödənilməmiş hissə, 19,35 manat cərimə borcu yaranmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 2379,12 manat (18 ay + 113,84 manat + 330 manat ilkin ödəniş) olan Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti almış, 2049,12 manat ödənilməmiş hissə, 204,91 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 568,88 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə telefon danışığı zamanı, həmçinin göndərilmiş 29 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, cavabdeh müqavilə ilə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti üçün 193,52 manat ödənilməmiş hissə, 19,35 manat cərimə və 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı fakturaya əsasən Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti üçün 2049,12 manat ödənilməmiş hissə, 204,91 manat cərimə, ümumilikdə 2466,9 manat borc və 44,67 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 sentyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 12 oktyabr 2024-cü il tarixli 02037734 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 100 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 27,7 manat olmaqla cəmi 432,37 manat dəyərində İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti satılmışdır. - 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 330 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 113,84 manat olmaqla cəmi 2379,05 manat dəyərində Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti satılmışdır. - 29 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 01 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 432,4 manat borc məbləğindən 238,88 manat ödəniş etmiş, 193,52 manat ödənilməmiş hissə, 19,35 manat cərimə, 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı faktura üzrə 2379,12 manat borc məbləğindən 330 manat ödəniş etmiş, 2049,12 manat ödənilməmiş hissə, 204,91 manat cərimə - hər iki müqavilə üzrə cəmi 2466,9 manat borcu qalmışdır. - 04 sentyabr 2025-ci il tarixli 75856406 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 44,67 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 12 oktyabr 2024-cü il tarixli 02037734 nömrəli müqaviləyə əsasən 100 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 27,7 manat olmaqla cəmi 432,4 manat dəyərində İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti və 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 330 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 113,84 manat olmaqla cəmi 2379,12 manat dəyərində Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti satılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 568,88 manat təşkil edir. Cavabdehin 12 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 193,52 manat borcu qalmış, həmin borca 19,35 manat cərimə, 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı faktura üzrə 2049,12 manat borcu qalmış, həmin borca 204,91 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 12 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti üçün 193,52 manat ödənilməmiş hissə, 19,35 manat cərimə və 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı fakturaya əsasən Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti üçün 2049,12 manat ödənilməmiş hissə, 204,91 manat cərimə, ümumilikdə 2466,9 manat borc və 44,67 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12 oktyabr 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti üçün 193,52 manat ödənilməmiş hissə, 19,35 manat cərimə və 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı faktura üzrə Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti üçün 2049,12 manat ödənilməmiş hissə, 204,91 manat cərimə və 44,67 manat dövlət rüsumu, cəmi 2511,57 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12 oktyabr 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********62579 olan Honor X6B, vinil mat, vinil şəffaf, qızıl zəmanət ultra 3 il xidməti üçün 193,52 manat ödənilməmiş hissə, 19,35 manat cərimə və 28 fevral 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 28 fevral 2025-ci il tarixli ********* saylı faktura üzrə Apple Macbook AİR 13 markalı kompüter, zəmanət+3 il xidməti üçün 2049,12 manat ödənilməmiş hissə, 204,91 manat cərimə və 44,67 manat dövlət rüsumu, cəmi 2511 (iki min beş yüz on bir) manat 57 (əlli yeddi) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar