Məhkəmə qərarları › İş №e-2(037)-1329/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1329/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1329/2025 21.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 16 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********10192 olan Oppo A40M markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti üçün 432,92 manat ödənilməmiş hissə, 43,29 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən Beko markalı soyuducu, qızıl zəmanət ultra 1 il xidməti üçün 1135,12 manat ödənilməmiş hissə, 113,51 manat cərimə və 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********41218 olan Oppo A3X, qızıl zəmanət ultra 2 il xidməti üçün 222,84 manat ödənilməmiş hissə, 22,28 manat cərimə, ümumilikdə 1969,97 manat borc və 39,7 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 dekabr 2024cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 599,94 manat (18 ay + 33,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********10192 olan Oppo A40M markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti almışdır. Tərəflər arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1200,12 manat (18 ay + 63,34 manat + 0 manat ilkin ödəniş) olan Beko markalı soyuducu, qızıl zəmanət ultra 1 il xidməti almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 290,48 manat (18 ay + 15,36 manat + 14 manat ilkin ödəniş) olan İmei kodu **********41218 olan Oppo A3X, qızıl zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh cəmi 299,66 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh müqavilələr üzrə məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı zamanı, həmçinin göndərilmiş 05 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, cavabdeh müqavilə ilə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 16 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********10192 olan Oppo A40M markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti üçün 432,92 manat ödənilməmiş hissə, 43,29 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən Beko markalı soyuducu, qızıl zəmanət ultra 1 il xidməti üçün 1135,12 manat ödənilməmiş hissə, 113,51 manat cərimə və 31 yanvar 2025ci il tarixli müqaviləyə əsasən İmei kodu **********41218 olan Oppo A3X, qızıl zəmanət ultra 2 il xidməti üçün 222,84 manat ödənilməmiş hissə, 22,28 manat cərimə, ümumilikdə 1969,97 manat borc və 39,7 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 sentyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 16 dekabr 2024-cü il tarixli ********** nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 33,33 manat olmaqla cəmi 599,91 manat dəyərində İmei kodu **********10192 olan Oppo A40M markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti satılmışdır. - 16 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əlavə 31 yanvar 2025-ci il tarixli ********* nömrəli fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 60 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 63,34 manat olmaqla cəmi 1200,2 manat dəyərində Beko markalı soyuducu, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. - 16 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əlavə 31 yanvar 2025-ci il tarixli 19136812 nömrəli fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 14 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 15,36 manat olmaqla cəmi 290,4 manat dəyərində İmei kodu **********41218 olan Oppo A3X, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. - 05 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 28 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 16 dekabr 2024-cü il tarixli müqavilə üzrə 599,94 manat borc məbləğindən 167,92 manat ödəniş etmiş, 432,92 manat ödənilməmiş hissə, 43,29 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1200,12 manat borc məbləğindən 65 manat ödəniş etmiş, 1135,12 manat ödənilməmiş hissə, 113,51 manat cərimə və 31 yanvar 2025-ci il tarixli müqavilə üzrə 290,48 manat borc məbləğindən 67,64 manat ödəniş etmiş, 222,84 manat ödənilməmiş hissə, 22,28 manat cərimə - hər üç müqavilə üzrə cəmi 1969,97 manat borcu qalmışdır. - 01 sentyabr 2025-ci il tarixli 75828382 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 39,7 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 16 dekabr 2024-cü il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 33,33 manat ödəmək şərti ilə cəmi 599,94 manat dəyərində İmei kodu **********10192 olan Oppo A40M markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti, 16 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əlavə 31 yanvar 2025-ci il tarixli ********* nömrəli fakturaya əsasən 60 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 63,34 manat olmaqla cəmi 1200,12 manat dəyərində Beko markalı soyuducu, qızıl zəmanət ultra 1 il xidməti və 16 dekabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əlavə 31 yanvar 2025-ci il tarixli 19136812 nömrəli fakturaya əsasən 14 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 15,36 manat ödəmək şərti ilə cəmi 290,48 manat dəyərində İmei kodu **********41218 olan Oppo A3X, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 299,66 manat ödəniş etmişdir. Cavabdeh 16 dekabr 2024-cü il tarixli müqavilə üzrə 599,94 manat borc məbləğindən 167,92 manat ödəniş etmiş, 432,92 manat ödənilməmiş hissə, 43,29 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqavilə üzrə 1200,12 manat borc məbləğindən 65 manat ödəniş etmiş, 1135,12 manat ödənilməmiş hissə, 113,51 manat cərimə və 31 yanvar 2025-ci il tarixli müqavilə üzrə 290,48 manat borc məbləğindən 67,64 manat ödəniş etmiş, 222,84 manat ödənilməmiş hissə, 22,28 manat cərimə - hər üç müqavilə üzrə cəmi 1969,97 manat borcu qalmışdır. Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cəmi 1969,97 manat borcu və ödənilmiş 39,7 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********10192 olan Oppo A40M markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti üçün 432,92 manat ödənilməmiş hissə, 43,29 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən Beko markalı soyuducu, qızıl zəmanət ultra 1 il xidməti üçün 1135,12 manat ödənilməmiş hissə, 113,51 manat cərimə və 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********41218 olan Oppo A3X, qızıl zəmanət ultra 2 il xidməti üçün 222,84 manat ödənilməmiş hissə, 22,28 manat cərimə və 39,7 manat dövlət rüsumu, cəmi 2009,66 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********10192 olan Oppo A40M markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, paket L xidməti üçün 432,92 manat ödənilməmiş hissə, 43,29 manat cərimə, 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən Beko markalı soyuducu, qızıl zəmanət ultra 1 il xidməti üçün 1135,12 manat ödənilməmiş hissə, 113,51 manat cərimə və 31 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********41218 olan Oppo A3X, qızıl zəmanət ultra 2 il xidməti üçün 222,84 manat ödənilməmiş hissə, 22,28 manat cərimə və 39,7 manat dövlət rüsumu, cəmi 2009 (iki min doqquz) manat 67 (altmış altı) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar