Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1338/2025 22.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 23 iyul 2024-cü il tarixli ADC000451 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 82,88 manat əsas borc, 12,43 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə cavabdeh arasında bağlanmış 23 iyul 2024-cü il tarixli ADC000451 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 168 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və müqaviləyə əlavə olan sazişə əsasən Cavabdehə qarşı olan 168 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdehin 82,88 manat əsas və 12,43 manat cərimə borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı cavabdehdən 82,88 manat əsas borc, 12,43 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 18 sentyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 22 iyun 2023-cü il tarixli R-2457/23 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən “Faktor” “Borclu” barəsində “Müştəri”nin “Borclu”ya malların satılmasından irəli gələn pul tələbinin hesabına “Müştəri”yə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), “Müştəri” isə “Borclu”ya qarşı tələbini “Faktor”a güzəşt edir. - 23 iyul 2024-cü il tarixli ADC000451 saylı Nisyə Alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, X2 tərəfindən cavabdehə 168 manat dəyərində 168 manat dəyərində kosmetik vasitələr satılmış, cavabdeh əşyanı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 6 ay müddətində hər ay 28 manat ödəməyi öhdəsinə götürmüşdür. - 23 iyul 2024-cü il tarixli təhvil-təslim aktından görünü ki, 23 iyul 2024-cü il tarixli ADC000451 saylı Nisyə Alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan 168 manat dəyərində kosmetik vasitələr alıcıya təhvil verilmişdir - 29 iyul 2024-cü il taixli R-2457/230032 nömrəli sazişdən müəyyən olunur ki, X1 23 iyul 2024-cü il tarixli ADC000451 saylı müqavilə üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. - 02 sentyabr 2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh ADC000451 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 28 avqust 2024-cü il tarixdə 28 manat, 24 sentyabr 2024-cü il tarixdə 28 manat və 04 noyabr 2024-cü il tarixdə 29,12 manat ödəniş etmişdir. - 02 sentyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 23 iyul 2024-cü il tarixli ADC000451 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə 02 sentyabr 2025-ci il tarixə 82,88 manat əsas, 12,43 manat cərimə olmaqla cəmi 95,31 manat borcu vardır. - 03 sentyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 23 iyul 2024-cü il tarixli ADC000451 saylı müqavilə üzrə yaranmış borcun 06 sentyabr 2025-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 15 sentyabr 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X2 ilə cavabdeh arasında bağlanmış 23 iyul 2024-cü il tarixli ADC000451 saylı nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən cavabdehə 168 manat dəyərində kosmetik vasitələr satılmış, cavabdeh qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 6 ay müddətində hər ay 28 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X2 arasında bağlanan 29 iyul 2024-cü il taixli R-2457/230032 nömrəli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X1 cavabdehə qarşı olan 168 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. İddiaçı cavabdehdən 82,88 manat əsas, 12,43 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 23 iyul 2024-cü il tarixli ADC000451 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 82,88 manat əsas borc, 12,43 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 125,71 manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 23 iyul 2024-cü il tarixli ADC000451 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 82,88 manat əsas borc, 12,43 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 125 (bir yüz iyirmi beş) manat 71 (yetmiş bir) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1338/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1338/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver