Məhkəmə qərarları › İş №e-2(037)-1359/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1359/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1359/2023 28.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 27 yanvar 2023-cü il tarixli KSR003255 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 160 manat əsas borc, 24 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli KSR003255 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 160 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və müqaviləyə əlavə olan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 160 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdehin İddiaçı QSC-yə 160 manat əsas borc, 24 manat cərimə borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə 22 noyabr 2023-cü il tarixdə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini 08 dekabr 2023-cü il tarixdə almışdır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş -25 fevral 2020-ci il tarixli R-446/20 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə imzalanmışdır. -16 fevral 2023-cü il tarixli R-4xx/xx-0087 nömrəli sazişin surətindən görünür ki, "xxxx" MMC ilə bağlanmış müqavilələr üzrə borcu tələb etmək hüququ İddiaçı MMC-yə ötürülmüşdür. -27 yanvar 2023-cü il tarixli KSR003255 saylı Nisyə Alqı-satqı müqaviləsinin və müqaviləyə 1 nömrəli əlavənin surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 160 manat dəyərində kişi geymi satılmış, cavabdeh əşyanı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 6 ay müddətində hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. -Bildirişin surətindən görünür ki, 27 yanvar 2023-cü il tarixli KSR003255 saylı Nisyə Alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. Cavabdeh bildirişlə tanış olmuş və imzalamışdır -30 oktyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 27 yanvar 2023-cü il tarixli KSR003255 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə 160 manat əsas, 24 manat cərimə olmaqla cəmi 184 manat borcu vardır. -30 oktyabr 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh 160 manat borcu ödənilməmiş qalmış, borca 24 manat cərimə hesablanmışdır. -31 oktyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, müqavilə üzrə borcun üç gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -16 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli KSR003255 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 160 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 160 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. İddiaçı cavabdehdən 160 manat əsas, 24 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 27 yanvar 2023-cü il tarixli müqavilə üzrə 160 manat əsas borc, 24 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 214,4 manat məbləği Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 160 manat əsas borc, 24 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 214 (iki yüz on dörd) manat 40 (qırx) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar