Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1365/2023 29.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 29 dekabr 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 21 avqust 2021-ci il tarixli müqavilə üzrə “Hoffmann” markalı soyuducu üçün 397,4 manat ödənilməmiş hissə, 39,6 manat cərimə, 02 fevral 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********35861 olan “Xiaomi Redmi 10” markalı telefon üçün 383,05 manat ödənilməmiş hissə, 38,95 manat cərimə, 14 mart 2022ci il tarixli müqavilə üzrə “Pioneer” markalı maqnitofon üçün 143,96 manat ödənilməmiş hissə, 14,04 manat cərimə, 13 aprel 2022-ci il tarixli müqavilə üzrə “Panda Vienna” markalı avtomobil çexolu üçün 132,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə və 31,63 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1194,63 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 23 noyabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər 23 noyabr 2023-cü il tarixdə cavabdehin electron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən “Hoffmann” markalı soyuducu, İMEİ kodu **********35861 olan “Xiaomi Redmi 10” markalı telefon, “Pioneer” markalı maqnitofon və “Panda Vienna” markalı avtomobil çexolu almış, nəticədə 1163 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1211,4 manat (18 ay x 67,3 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı soyuducu üçün ümumilikdə 437 manat olmaqla, ondan 397,4 manat ödənilməmiş hissə, 39,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 660 manat (18 ay x 31,95 manat + 84,9 manat ilkin ödəniş) olan İMEİ kodu **********35861 “Xiaomi Redmi 10” markalı telefon üçün ümumilikdə 422 manat olmaqla, ondan 383,05 manat ödənilməmiş hissə, 38,95 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 204,96 manat (24 ay x 8,54 manat + 0 manat ilkin ödəniş) olan “Pioneer” markalı maqnitofon üçün ümumilikdə 158 manat olmaqla, ondan 143,96 manat ödənilməmiş hissə, 14,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə alğı-satqı qiyməti 168,8 manat (12 ay x 13,4 manat + 08 manat ilkin ödəniş) olan “Panda Vienna” markalı avtomobil çexolu üçün ümumilikdə 146 manat olmaqla, ondan 132,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1187,95 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması və onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də o, müqavilələrlə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehdən 21 avqust 2021-ci il tarixli müqavilə üzrə “Hoffmann” markalı soyuducu üçün 397,4 manat ödənilməmiş hissə, 39,6 manat cərimə, 02 fevral 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********35861 olan “Xiaomi Redmi 10” markalı telefon üçün 383,05 manat ödənilməmiş hissə, 38,95 manat cərimə, 14 mart 2022-ci il tarixli müqavilə üzrə “Pioneer” markalı maqnitofon üçün 143,96 manat ödənilməmiş hissə, 14,04 manat cərimə, 13 aprel 2022-ci il tarixli müqavilə üzrə “Panda Vienna” markalı avtomobil çexolu üçün 132,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə və 31,63 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1194,63 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 21 avqust 2021-ci il tarixli, 24033261 nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 67,3 manat ödəmək şərti ilə cəmi 1211,4 manat dəyərində “Hoffmann” markalı soyuducu satılmışdır. 02 fevral 2022-ci il tarixli, ******* nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 84,9 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 31,95 manat ödəmək şərti ilə cəmi 660,05 manat dəyərində İMEİ kodu **********35861 olan “Xiaomi Redmi 10” markalı telefon satılmışdır. 14 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan, 24 ay müddətinə hər ay 8,54 manat ödəmək şərti ilə cəmi 204,96 manat dəyərində İMEİ kodu **********35861 olan “Pioneer” markalı maqnitofon satılmışdır. 13 aprel 2022-ci il tarixli, ******* nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 08 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 13,4 manat ödəmək şərti ilə cəmi 168,8 manat dəyərində “Panda Vienna” markalı avtomobil çexolu satılmışdır. 07 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin 03 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 17 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 21 avqust 2021-ci il tarixli müqavilə üzrə 1211,4 manat borc məbləğindən 814 manat ödəniş etmiş, 397,4 manat borcu qalmış və əsas borca 39,6 manat cərimə, 02 fevral 2022-ci il tarixli müqavilə üzrə 660 manat borc məbləğindən 276,95 manat ödəniş etmiş, 383,05 manat borcu qalmış və əsas borca 38,95 manat cərimə, 14 mart 2022-ci il tarixli müqavilə üzrə 204,96 manat borc məbləğindən 61 manat ödəniş etmiş, 143,96 manat borcu qalmış və əsas borca 14,04 manat cərimə, 13 aprel 2022-ci il tarixli müqavilə üzrə isə 168,8 manat borc məbləğindən 36 manat ödəniş etmiş, 132,8 manat borcu qalmış və əsas borca 13,2 manat cərimə hesablanmışdır. 18 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 31,63 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 21 avqust 2021-ci il tarixli, 24033261 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 67,3 manat ödəmək şərti ilə cəmi 1211,4 manat dəyərində “Hoffmann” markalı soyuducu, 02 fevral 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 84,9 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 31,95 manat ödəmək şərti ilə cəmi 660,05 manat dəyərində İMEİ kodu **********35861 olan “Xiaomi Redmi 10” markalı telefon, 14 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə ilkin ödəniş olmadan, 24 ay müddətinə hər ay 8,54 manat ödəmək şərti ilə cəmi 204,96 manat dəyərində İMEİ kodu **********35861 olan “Pioneer” markalı maqnitofon və 13 aprel 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 08 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 13,4 manat ödəmək şərti ilə cəmi 168,8 manat dəyərində “Panda Vienna” markalı avtomobil çexolu satılmışdır. Cavabdeh 21 avqust 2021-ci il tarixli müqavilə üzrə 1211,4 manat borc məbləğindən 814 manat ödəniş etmiş, 397,4 manat borcu qalmış və əsas borca 39,6 manat cərimə, 02 fevral 2022-ci il tarixli müqavilə üzrə 660 manat borc məbləğindən 276,95 manat ödəniş etmiş, 383,05 manat borcu qalmış və əsas borca 38,95 manat cərimə, 14 mart 2022-ci il tarixli müqavilə üzrə 204,96 manat borc məbləğindən 61 manat ödəniş etmiş, 143,96 manat borcu qalmış və əsas borca 14,04 manat cərimə, 13 aprel 2022-ci il tarixli müqavilə üzrə isə 168,8 manat borc məbləğindən 36 manat ödəniş etmiş, 132,8 manat borcu qalmış və əsas borca 13,2 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 21 avqust 2021-ci il tarixli müqavilə üzrə “Hoffmann” markalı soyuducu üçün 397,4 manat ödənilməmiş hissə, 39,6 manat cərimə, 02 fevral 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********35861 olan “Xiaomi Redmi 10” markalı telefon üçün 383,05 manat ödənilməmiş hissə, 38,95 manat cərimə, 14 mart 2022-ci il tarixli müqavilə üzrə “Pioneer” markalı maqnitofon üçün 143,96 manat ödənilməmiş hissə, 14,04 manat cərimə, 13 aprel 2022-ci il tarixli müqavilə üzrə “Panda Vienna” markalı avtomobil çexolu üçün 132,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə və 31,63 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1194,63 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilələrin şərtlərinə uyğun ödəmədiyindən və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31,63 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21 avqust 2021-ci il tarixli, 24033261 nömrəli müqavilə üzrə “Hoffmann” markalı soyuducu üçün 397,4 manat ödənilməmiş hissə, 39,6 manat cərimə, 02 fevral 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə İMEİ kodu **********35861 olan “Xiaomi Redmi 10” markalı telefon üçün 383,05 manat ödənilməmiş hissə, 38,95 manat cərimə, 14 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə “Pioneer” markalı maqnitofon üçün 143,96 manat ödənilməmiş hissə, 14,04 manat cərimə, 13 aprel 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə “Panda Vienna” markalı avtomobil çexolu üçün 132,8 manat ödənilməmiş hissə, 13,2 manat cərimə və 31,63 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1194 (bir min bir yüz doxsan dörd) manat 63 (altmış üç) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1365/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1365/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver