Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1382/2024 01.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********89242 olan Xıaomı Redmi 12 markalı telefon üçün 294,24 manat ödənilməmiş hissə, 29,76 manat cərimə və 09 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********35098 olan Samsung Galaxy A24 markalı telefon, Samsung markalı charger üçün 355,25 manat ödənilməmiş hissə, 35,75 manat cərimə, ümumilikdə 715 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02 noyabr 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 640,04 manat (12 ay + 49,17 manat + 50 manat ilkin ödəniş) olan İmei kodu **********89242 olan Xıaomı Redmi 12 markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 09 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 760,01 manat (13 ay + 50,77 manat + 100 manat ilkin ödəniş) olan İmei kodu **********35098 olan Samsung Galaxy A24 markalı telefon, Samsung markalı charger almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 750,56 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 02 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 02 noyabr 2023-cü il tarixli ********* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 50 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 49,17 manat olmaqla cəmi 640,04 manat dəyərində İmei kodu **********89242 olan Xıaomı Redmi 12 markalı telefon satılmışdır. - 09 noyabr 2023-cü il tarixli 10756185 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 100 manat ilkin ödəniş etdikdən sonra 13 ay müddətinə hər ay 50,77 manat olmaqla cəmi 760,01 manat dəyərində İmei kodu **********35098 olan Samsung Galaxy A24 markalı telefon, Samsung markalı charger satılmışdır. - 13 sentyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 16 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 02 noyabr 2023-cü il tarixli müqavilə üzrə 640,04 manat borc məbləğindən 345,8 manat ödəniş etmiş, 294,24 manat ödənilməmiş hissə, 29,76 manat cərimə, 09 noyabr 2023-cü il tarixli müqavilə üzrə 760,01 manat borc məbləğindən 404,76 manat ödəniş etmiş, 355,25 manat ödənilməmiş hissə, 35,75 manat cərimə - hər iki müqavilə üzrə cəmi 715 manat borcu qalmışdır. - 18 sentyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 02 noyabr 2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən 50 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 49,17 manat ödəmək şərti ilə cəmi 640,04 manat dəyərində İmei kodu **********89242 olan Xıaomı Redmi 12 markalı telefon, 09 noyabr 2023-cü il tarixli 10756185 nömrəli müqaviləyə əsasən 100 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 50,77 manat ödəmək şərti ilə cəmi 760,01 manat dəyərində İmei kodu **********35098 olan Samsung Galaxy A24 markalı telefon, Samsung markalı charger satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 750,56 manat ödəniş etmişdir. Cavabdehin 02 noyabr 2023-cü il tarixli müqavilə üzrə 294,24 manat borcu qalmış, həmin borca 29,76 manat cərimə, 09 noyabr 2023-cü il tarixli müqavilə üzrə 355,25 manat borcu qalmış, həmin borca 35,75 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 715 manat borcu yaranmışdır. İddiaçı cəmi 715 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 02 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********89242 olan Xıaomı Redmi 12 markalı telefon üçün 294,24 manat ödənilməmiş hissə, 29,76 manat cərimə, 09 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********35098 olan Samsung Galaxy A24 markalı telefon, Samsung markalı charger üçün 355,25 manat ödənilməmiş hissə, 35,75 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 745 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 02 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********89242 olan Xıaomı Redmi 12 markalı telefon üçün 294,24 manat ödənilməmiş hissə, 29,76 manat cərimə, 09 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********35098 olan Samsung Galaxy A24 markalı telefon, Samsung markalı charger üçün 355,25 manat ödənilməmiş hissə, 35,75 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 745 (yeddi yüz qırx beş) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1382/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1382/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver