Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1384/2025 28.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 11 sentyabr 2025-ci il tarixinə yaranmış 09 may 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 379,6 manat əsas, 56,9 manat cərimə olmaqla cəmi 436,5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09 may 2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “DYSON” markalı fenə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 130 manat olmaqla, cəmi 1549,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə müvafiq olaraq 06 mart 2025-ci il tarixdə 53,5 manat ödəniş etmişdir. Nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 569 manat təşkil edir. Hesablanmış cərimə məbləğlərinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş, yalnız 10%-i yəni 56,9 manat cavabdehdən tələb olunur. Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı 11 sentyabr 2025-ci il tarixinə yaranmış 09 may 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 379,6 manat əsas, 56,9 manat cərimə olmaqla cəmi 436,5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 29 sentyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 09 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 130 manat olmaqla cəmi 1549,99 manat dəyərində “Dyson” markalı fen satılmışdır. - 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 09 may 2024-cü il tarixli müqavilə üzrə 379,6 manat əsas, 569 manat cərimə olmaqla cəmi 948,6 manat borcu vardır. - 15 sentyabr 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən hər üç müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 22 sentyabr 2025-ci il tarixli 75940721 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 09 may 2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Dyson” markalı fenə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 130 manat olmaqla, cəmi 1549,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə 06 mart 2025-ci il tarixdə 53,5 manat ödəniş etmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 569 manat təşkil edir. Hesablanmış cərimə məbləğlərinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş, yalnız 10%-i - yəni 56,9 manat cavabdehdən tələb olunur. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən yayınmışdır. İddiaçı cavabdehdən 11 sentyabr 2025-ci il tarixinə yaranmış 379,6 manat əsas, 56,9 manat cərimə olmaqla cəmi 436,5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 379,6 manat əsas, 56,9 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 466,5 manat məbləği alınaraq iddiaçı «İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 09 may 2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 379,6 manat əsas, 56,9 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 466 (dörd yüz altmış altı) manat 50 (əlli) qəpik məbləği alınaraq iddiaçı «İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1384/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1384/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver