Məhkəmə qərarları › İş №e-2(037)-1393/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1393/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1393/2022 27.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilgaz - yumsaq - künc divan üçün 2703.9 manat ödənilməmiş hissə, 589.5 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən paltaryuyan LG üçün 735 manat ödənilməmiş hissə, 218.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HUAWEİ saat üçün 446.6 manat ödənilməmiş hissə, 130.2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən VİSTA Velosiped üçün 356.8 manat ödənilməmiş hissə, 92.4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********09967 SAMSUNG GALAXY A31 markalı telefon üçün 285.8 manat ödənilməmiş hissə, 86.1 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********76572 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 45.3 manat dəbbə pulu olmaqla, 5840 manat borc, 78.40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən ümumilikdə 6569.1 manat məbləğində ilgaz - yumsaq - künc divan, paltaryuyan LG, HUAWEİ saat, VİSTA Velosiped, İMEİ KOD **********09967 SAMSUNG GALAXY A31 markalı telefon, İMEİ KOD **********76572 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 3019.9 manat olan (23 ay x 131.3 manat + 0 manat ilkin ödəniş) ilgaz yumşaq - künc divan üçün 2703.9 manat ödənilməmiş hissə, 589.5 manat dəbbə pulu, alqı-satqı qiyməti 1360.8 manat olan (24 ay x 56.7 manat + 0 manat ilkin ödəniş) paltaryuyan LG üçün 735 manat ödənilməmiş hissə, 218.4 manat dəbbə pulu, alqı-satqı qiyməti 574.2 manat olan (18 ay x 31.9 manat + 0 manat ilkin ödəniş) HUAWEİ Saat üçün 446.6 manat ödənilməmiş hissə, 130.2 manat dəbbə pulu, alqı-satqı qiyməti 401.4 manat olan (18 ay x 22.3 manat + 0 manat ilkin ödəniş) VİSTA Velosiped üçün 356.8 manat ödənilməmiş hissə, 92.4 manat dəbbə pulu, alqı-satqı qiyməti 739.8 manat olan (18 ay x 41.1 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********09967 SAMSUNG GALAXY A31 markalı telefon üçün 285.8 manat ödənilməmiş hissə, 86.1 manat dəbbə pulu, alqı-satqı qiyməti 473 manat olan (12 ay x 30 manat + 113 manat ilkin ödəniş) İMEİ KOD **********76572 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 45.3 manat dəbbə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh cəmi 1891 manat ödəniş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehlazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrindən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqavilələri bağlamışlar. Müqavilələrin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilələrin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: ilgaz - yumşaq - künc divan, paltaryuyan LG, HUAWEİ saat, VİSTA Velosiped, İMEİ KOD **********09967 olan SAMSUNG GALAXY A31 markalı telefon, İMEİ KOD **********76572 XİAOMİ REDMİ NOTE 9 markalı telefon. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, maliyyə və ödəmə cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3019.9 manat olan İLGAZ - YUMŞAQ - KÜNC DİVAN üçün 23 ay müddətinə aylıq 131,30 manat ödəməyi, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1360.8 manat olan paltaryuyan LG üçün 24 ay müddətinə aylıq 56,7 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 574.2 manat olan HUAWEİ Saat üçün 18 ay müddətinə aylıq 31,90 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 401.4 manat olan VİSTA Velosiped üçün 18 ay müddətinə aylıq 22.3 manat ödəməyi, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 739.8 manat olan İMEİ KOD **********09967 SAMSUNG GALAXY A31 markalı telefon üçün 18 ay müddətinə aylıq 41.1 manat ödəməyi, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 473 manat olan İMEİ KOD **********76572 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 12 ay müddətinə aylıq 30 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində anadan olmuş Əhmədov X1 rayonu, Cülyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 2703.9 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 735 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 446.6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 446.6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 356.8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 285.8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2703.9 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 589.5 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 270 manata, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 735 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 218.4 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 100 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 446.6 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 130.2 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 45 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 356.8 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 92.4 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 35 manata, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 285.8 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 86.1 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 30 manata, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 150 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 45.3 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 20 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilgaz - yumsaq - künc divan üçün 2703.9 manat ödənilməmiş hissə, 270 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən paltaryuyan LG üçün 735 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HUAWEİ saat üçün 446.6 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən VİSTA Velosiped üçün 356.8 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********09967 SAMSUNG GALAXY A31 markalı telefon üçün 285.8 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********76572 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 5178.1 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78.40 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 5178.1 manat borc məbləği hissəsinə münasib olaraq 71.78 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 6.62 manat hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilgaz - yumsaq - künc divan üçün 2703.9 manat ödənilməmiş hissə, 270 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən paltaryuyan LG üçün 735 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HUAWEİ saat üçün 446.6 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən VİSTA Velosiped üçün 356.8 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********09967 SAMSUNG GALAXY A31 markalı telefon üçün 285.8 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********76572 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu və 71.78 manat dövlət rüsumu, cəmi 5249.88 (beş min iki yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6.62 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar