Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1396/2025 31.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 28 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 459,43 manat ödənilməmiş hissə, 45,94 manat cərimə və 23 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il üçün 187,37 manat ödənilməmiş hissə, 18,74 manat cərimə ümumilikdə 711,48 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 710,94 manat (18 ay + 32,83 manat + 120 manat ilkin ödəniş) olan İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti almış, 459,43 manat ödənilməmiş hissə, 45,94 manat cərimə borcu yaranmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 23 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 238,96 manat (18 ay + 11,72 manat + 28 manat ilkin ödəniş) olan İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il almış, 187,37 manat ödənilməmiş hissə, 18,74 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 303,1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh hər iki müqavilə üzrə məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı zamanı, həmçinin göndərilmiş 16 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, cavabdeh müqavilə ilə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 28 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 459,43 manat ödənilməmiş hissə, 45,94 manat cərimə və 23 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il üçün 187,37 manat ödənilməmiş hissə, 18,74 manat cərimə, ümumilikdə 711,48 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 01 oktyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 28 iyun 2024-cü il tarixli 03287925 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 120 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 32,83 manat olmaqla cəmi 710,97 manat dəyərində İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti satılmışdır. - 23 oktyabr 2024-cü il tarixli 19614822 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 28 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 11,72 manat olmaqla cəmi 238,99 manat dəyərində İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il satılmışdır. - 16 sentyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 19 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 28 iyun 2024-cü il tarixli müqavilə üzrə 710,94 manat borc məbləğindən 251,51 manat ödəniş etmiş, 459,43 manat ödənilməmiş hissə, 45,94 manat cərimə, 23 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 238,96 manat borc məbləğindən 51,59 manat ödəniş etmiş, 187,37 manat ödənilməmiş hissə, 18,74 manat cərimə - hər iki müqavilə üzrə cəmi 711,48 manat borcu qalmışdır. - 24 sentyabr 2025-ci il tarixli 75949402 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 28 iyun 2024-cü il tarixli 03287925 nömrəli müqaviləyə əsasən 120 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 32,83 manat olmaqla cəmi 710,94 manat dəyərində İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti və 23 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 28 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 11,72 manat olmaqla cəmi 238,96 manat dəyərində İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il satılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 303,1 manat təşkil edir. Cavabdehin 28 iyun 2024-cü il tarixli müqavilə üzrə 459,43 manat borcu qalmış, həmin borca 45,94 manat cərimə, 23 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 187,37 manat borcu qalmış, həmin borca 18,74 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 28 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 459,43 manat ödənilməmiş hissə, 45,94 manat cərimə və 23 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il üçün 187,37 manat ödənilməmiş hissə, 18,74 manat cərimə, ümumilikdə 711,48 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 iyun 2024cü il tarixli müqavilə üzrə İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 459,43 manat ödənilməmiş hissə, 45,94 manat cərimə və 23 oktyabr 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il üçün 187,37 manat ödənilməmiş hissə, 18,74 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 741,48 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28 iyun 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********65089 olan Poco M6, vinil mat, vinil şəffaf, paket XXL xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 459,43 manat ödənilməmiş hissə, 45,94 manat cərimə və 23 oktyabr 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********51280 olan Xıaomi Poco C65 markalı telefon, paket XL xidməti, qızıl zəmanət ultra 2 il üçün 187,37 manat ödənilməmiş hissə, 18,74 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 741 (yeddi yüz qırx bir) manat 48 (qırx səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1396/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1396/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver