Məhkəmə qərarları › İş №e-2(037)-1403/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-1403/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-1403/2024 23.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlunun cavabdehlər Alizadə Qarakı̇ şi Habı̇ l oğlu və Aliyev Habı̇ l Mı̇ xayil oğluna qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə işə 01 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı” ilə Cavabdeh1 arasında bağlanmış 002364/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsini, cavabdeh (zamin) Cavabdeh2 ilə “İddiaçı” arasında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi və hər iki cavabdehlərdən 82.09 manat əsas, 30.21 manat cərimə vəsaiti və 30 manat dövlət rüsumunun alınaraq “İddiaçı”na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlu məhkəməyə elektron ərizə göndərərək cavabdehlər tərəfindən borc və 30 manat dövlət rüsumu ödənildiyindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Paşabəylı̇ Hı̇ kmət Bəylər oğlunun cavabdehlər Alizadə Qarakı̇ şi Habı̇ l oğlu və Aliyev Habı̇ l Mı̇ xayil oğluna qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar