Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1405/2024 06.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı ərizə ilə müraciət edərək iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 003221/2023 nömrəli 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin və iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 152,45 manat əsas, 161,6 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 344,05 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında 18 fevral 2023-cü il tarixli 003221/2023 saylı nisyə alqı-satqı müqaviləsi, ikinci cavabdehlə isə 18 fevral 2023-cü il tarixli Z-003221/2023 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən birinci cavabdeh hər ay (18-i olmaqla) 51 manat ödəməlidir. Birinci cavabdeh tərəfindən 08 yanvar 2024-cü il tarixdən başlayaraq öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb olunmasına baxmayaraq birinci cavabdeh tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 152,45 manat əsas, 161,6 manat cərimə borcu yaranmışdır. İddiaçı birinci cavabdehlə bağlanmış 003221/2023 nömrəli 18 fevral 2023-cü il tarixli alqı-satqı və ikinci cavabdehlə bağlanmış zaminlik müqavilələrinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 152,45 manat əsas, 161,6 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 344,05 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 07 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 18 fevral 2023-cü il tarixli 003221/2023 nömrəli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 12 ay müddətinə hər ay 51 manat ödəmək şərti ilə cəmi 612 manat dəyərində əşya satılmışdır. - 18 fevral 2023-cü il tarixli Z-003221/2023 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, ikinci cavabdeh 18 fevral 2023-cü il tarixli 003221/2023 nömrəli nisyə al-satqı müqaviləsi üzrə birinci cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - 02 aprel 2024-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, cavabdehlərdən 18 fevral 2023-cü il tarixli müqavilə üzə yaranmış 152,45 manat əsas borc və 161,6 manat cərimə məbləğinin üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barələrində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanılmış 18 fevral 2023-cü il tarixli 003221/2023 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən birinci cavabdehə 12 ay müddətinə hər ay 51 manat ödəmək şərti ilə cəmi 612 manat dəyərində əşya satılmışdır. Birinci cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyinin icrasının təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında 18 fevral 2023-cü il tarixli Z-003221/2023 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Birinci cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, 152,45 manat əsas borcu ödənilməmiş qalmışdır. Əsas borca 161,6 manat cərimə hesablanmışdır. Cavabdehlərə xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı birinci cavabdehlə bağlanmış 003221/2023 nömrəli 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin və ikinci cavabdehlə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 152,45 manat əsas, 161,6 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 344,05 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qərara gəlir ki, iddia tələbi iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 003221/2023 nömrəli 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin və iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 152,45 manat əsas borcun tutulması hissələrində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 161,6 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 16 manat həddində təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 003221/2023 nömrəli 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi və iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 152,45 manat əsas, 16 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 198,45 manat məbləği alınaraq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 fevral 2023-cü il tarixli 003221/2023 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18 fevral 2023-cü il tarixli Z- 003221/2023 saylı zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 152,45 manat əsas, 16 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 198 (bir yüz doxsan səkkiz) manat 45 (qırx beş) qəpik məbləği alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1405/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1405/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver