Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1414/2025 05.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 28 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti üçün 526,68 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 52,67 manat cərimə və 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti üçün 198,03 manat ödənilməmiş hissə, 19,8 manat cərimə, ümumilikdə 820,78 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28 avqust 2024cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 795,96 manat (12 ay x 66,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 450 manat (6 ay + 71,5 manat + 21 manat ilkin ödəniş) olan Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 28 avqust 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 795,96 manat (12 ay x 66,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti üçün 526,68 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 52,67 manat cərimə, 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 450 manat (6 ay x 71,5 manat + 21 manat ilkin ödəniş) olan Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti üçün 198,03 manat ödənilməmiş hissə, 19,8 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 521,25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 11 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 28 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti üçün 526,68 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 52,67 manat cərimə və 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti üçün 198,03 manat ödənilməmiş hissə, 19,8 manat cərimə, ümumilikdə 820,78 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 06 oktyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 28 avqust 2024-cü il tarixli 10777710 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 66,33 manat olmaqla cəmi 795,98 manat dəyərində İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti satılmışdır. - 03 sentyabr 2024-cü il tarixli 07262344 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 21 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 71,5 manat olmaqla cəmi 449,98 manat dəyərində Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. - 11 sentyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 15 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 28 avqust 2024-cü il tarixli müqavilə üzrə 795,96 manat borc məbləğindən 269,28 manat ödəniş etmiş, 526,68 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 52,67 manat cərimə, 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 450 manat borc məbləğindən 251,97 manat ödəniş etmiş, 198,03 manat ödənilməmiş hissə, 19,8 manat cərimə - hər iki müqavilə üzrə cəmi 820,78 manat borcu qalmışdır. - 16 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********92116 olan Oppo A78 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. - 21 sentyabr 2025-ci il tarixli 75935938 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 28 avqust 2024-cü il tarixli 10777710 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 66,33 manat olmaqla cəmi 795,96 manat dəyərində İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti və 03 sentyabr 2024-cü il tarixli 07262344 nömrəli müqaviləyə əsasən 21 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 71,5 manat olmaqla cəmi 449,98 manat dəyərində Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 521,25 manat təşkil edir. Cavabdehin 28 avqust 2024-cü il tarixli müqavilə üzrə 526,68 manat borcu qalmış, həmin borca 52,67 manat cərimə, 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 198,03 manat borcu qalmış, həmin borca 19,8 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********92116 olan Oppo A78 markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. İddiaçı cavabdehdən 28 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti üçün 526,68 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 52,67 manat cərimə və 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti üçün 198,03 manat ödənilməmiş hissə, 19,8 manat cərimə, ümumilikdə 820,78 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 avqust 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti üçün 526,68 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 52,67 manat cərimə və 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti üçün 198,03 manat ödənilməmiş hissə, 19,8 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 850,78 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28 avqust 2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********92116 olan Oppo A78 markalı telefon, qızıl zəmanət ultra 2 il xidməti, plyonka istehsalı xidməti, paket M xidməti üçün 526,68 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 52,67 manat cərimə və 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə Huaweı markalı qol saatı, qızıl zəmanət ultra 2 il xidməti üçün 198,03 manat ödənilməmiş hissə, 19,8 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 850 (səkkiz yüz əlli) manat 78 (yetmiş səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1414/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1414/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver