Məhkəmə qərarları › İş №e-2(037)-1425/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1425/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1425/2024 15.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 iyul 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********54179 olan Samsung Galaxy A14 markalı telefon, Samsung 25W Charger üçün 152,63 manat ödənilməmiş hissə, 15,37 manat cərimə, 05 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 557,47 manat ödənilməmiş hissə, 55,53 manat cərimə və 05 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********000408 olan X1 12 markalı telefon üçün 560,17 manat ödənilməmiş hissə, 56,83 manat cərimə, ümumilikdə 1398 manat borc və 33,98 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 501,54 manat (12 ay + 41,62 manat + 2,1 manat ilkin ödəniş) olan İmei kodu **********54179 olan Samsung Galaxy A14 markalı telefon, Samsung 25W Charger almışdır. Cavabdeh 12 iyul 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W Chargerdən 18 iyul 2023-cü il tarixdə imtina etmiş və məhsul 42,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 810 manat (18 ay + 45 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı dondurucu almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 05 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 624,96 manat (18 ay + 34,72 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********000408 olan X1 12 markalı telefon almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 14 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 12 iyul 2023-cü il tarixli 18631430 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 2,1 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 41,62 manat olmaqla cəmi 501,54 manat dəyərində İmei kodu **********54179 olan Samsung Galaxy A14 markalı telefon, Samsung 25W Charger satılmışdır. - 05 sentyabr 2023-cü il tarixli 04804943 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 45 manat olmaqla cəmi 810 manat dəyərində Hoffmann markalı dondurucu satılmışdır. - 05 mart 2024-cü il tarixli 03086818 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 34,72 manat olmaqla cəmi 624,96 manat dəyərində İmei kodu **********000408 olan X1 12 markalı telefon satılmışdır. - 29 avqust 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 13 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 iyul 2023-cü il tarixli müqavilə üzrə 501,54 manat borc məbləğindən 305,95+42,96 (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət)=348,91 manat ödəniş etmiş, 152,63 manat ödənilməmiş hissə, 15,37 manat cərimə, 05 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 810 manat borc məbləğindən 252,53 manat ödəniş etmiş, 557,47 manat ödənilməmiş hissə, 55,53 manat cərimə və 05 mart 2024-cü il tarixli müqavilə üzrə 624,96 manat borc məbləğindən 64,79 manat ödəniş etmiş, 560,17 manat ödənilməmiş hissə, 56,83 manat cərimə - hər üç müqavilə üzrə cəmi 1398 manat borcu qalmışdır. - 15 sentyabr 2024-cü il tarixli 65629179 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 33,98 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 2,1 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 41,62 manat ödəmək şərti ilə cəmi 501,54 manat dəyərində İmei kodu **********54179 olan Samsung Galaxy A14 markalı telefon, Samsung 25W Charger, 05 sentyabr 2023-cü il tarixli 04804943 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 45 manat olmaqla cəmi 810 manat dəyərində Hoffmann markalı dondurucu və 05 mart 2024-cü il tarixli 03086818 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 34,72 manat ödəmək şərti ilə cəmi 624,96 manat dəyərində İmei kodu **********000408 olan X1 12 markalı telefon satılmışdır. Cavabdeh 12 iyul 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W Chargerdən 18 iyul 2023-cü il tarixdə imtina etmiş və məhsul 42,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 12 iyul 2023-cü il tarixli müqavilə üzrə 501,54 manat borc məbləğindən 305,95+42,96 (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət)=348,91 manat ödəniş etmiş, 152,63 manat ödənilməmiş hissə, 15,37 manat cərimə, 05 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 810 manat borc məbləğindən 252,53 manat ödəniş etmiş, 557,47 manat ödənilməmiş hissə, 55,53 manat cərimə və 05 mart 2024-cü il tarixli müqavilə üzrə 624,96 manat borc məbləğindən 64,79 manat ödəniş etmiş, 560,17 manat ödənilməmiş hissə, 56,83 manat cərimə - hər üç müqavilə üzrə cəmi 1398 manat borcu qalmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cəmi 1398 manat borcu və ödənilmiş 33,98 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12 iyul 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********54179 olan Samsung Galaxy A14 markalı telefon, Samsung 25W Charger üçün 152,63 manat ödənilməmiş hissə, 15,37 manat cərimə, 05 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 557,47 manat ödənilməmiş hissə, 55,53 manat cərimə və 05 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********000408 olan X1 12 markalı telefon üçün 560,17 manat ödənilməmiş hissə, 56,83 manat cərimə və 33,98 manat dövlət rüsumu, cəmi 1431,98 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12 iyul 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********54179 olan Samsung Galaxy A14 markalı telefon, Samsung 25W Charger üçün 152,63 manat ödənilməmiş hissə, 15,37 manat cərimə, 05 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 557,47 manat ödənilməmiş hissə, 55,53 manat cərimə və 05 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********000408 olan X1 12 markalı telefon üçün 560,17 manat ödənilməmiş hissə, 56,83 manat cərimə və 33,98 manat dövlət rüsumu, cəmi 1431 (bir min dörd yüz otuz bir) manat 98 (doxsan səkkiz) qəpik məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar