Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1428/2024 26.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 26 noyabr 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON üçün 894,34 manat ödənilməmiş hissə, 89,66 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUARİ TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR üçün 605,62 manat ödənilməmiş hissə, 60,38 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG üçün, 283,74 manat ödənilməmiş hissə, 28,26 manat cərimə, cəmi 1962 manat məbləğ borc və 39,62 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 oktyabr 2024-cü il tarixdə cavabdehin rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON, PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUAR TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR TOZSORAN SAMSUNG almış və nəticədə 1962 (bir min doqquz yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1220,58 (bir min iki yüz iyirmi manat əlli səkkiz qəp) manat (18 ay x 67,81 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON üçün ümumilikdə, 984 (doqquz yüz səksən dörd) manat olmaqla ondan, 894,34 (səkkiz yüz doxsan dörd manat otuz dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 89,66 (səksən doqquz manat altmış altı qəp) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 727,02 (yeddi yüz iyirmi yeddi manat iki qəp) manat (18 ay x 40,39 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUARİ TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR üçün ümumilikdə, 666 (altı yüz almış altı) manat olmaqla ondan, 605,62 (altı yüz beş manat altmış iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 60,38 (altmış manat otuz səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş) TOZSORAN SAMSUNG üçün ümumilikdə, 312 (üç yüz on iki) manat olmaqla ondan, 283,74 (iki yüz səksən üç manat yetmiş dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 28,26 (iyirmi səkkiz manat iyirmi altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 505,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON üçün 894.34 manat ödənilməmiş hissə, 89,66 (manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUARİ TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR üçün 605,62 manat ödənilməmiş hissə, 60,38 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG üçün, 283,74 manat ödənilməmiş hissə, 28,26 manat cərimə, cəmi 1962 manat məbləğ borc və 39,62 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 25 dekabr 2023-cü il tarixli, 03745604 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON satılmışdır. 03 yanvar 2024-cü il tarixli, ******* nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUARİ TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR satılmışdır. 11 yanvar 2024-cü il tarixli, 09644236 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə TOZSORAN SAMSUNG satılmışdır. 11 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən aldığı əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin 03 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 13 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1220,58 manat borc məbləğindən 326,24 manat ödəniş etmiş, 894,34 manat borcu qalmış və əsas borca 89,66 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 727,02 manat borc məbləğindən 121,4 manat ödəniş etmiş, 605,62 manat borcu qalmış və əsas borca 60,38 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 342 manat borc məbləğindən 58,26 manat ödəniş etmiş, 283,74 manat borcu qalmış və əsas borca 28,26 manat cərimə hesablanmışdır. 15 sentyabr 2024-cü il tarixli, ********** nömrəli məxdaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 39,62 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON, PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUAR TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR TOZSORAN SAMSUNG almış və nəticədə 1962 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1220,58 manat (18 ay x 67,81 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON üçün ümumilikdə, 984 manat olmaqla ondan, 894,34 manat ödənilməmiş hissə, güzəşt olunaraq 89,66 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 727,02 manat (18 ay x 40,39 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUARİ TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR üçün ümumilikdə, 666 (altı yüz almış altı) manat olmaqla ondan, 605,62 manat ödənilməmiş hissə, güzəşt olunaraq 60,38 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş) TOZSORAN SAMSUNG üçün ümumilikdə, 312 (üç yüz on iki) manat olmaqla ondan, 283,74 (iki yüz səksən üç manat yetmiş dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 28,26 (iyirmi səkkiz manat iyirmi altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********37061 HONOR X9B MARKALİ TELEFON üçün 894,34 (səkkiz yüz doxsan dörd manat otuz dörd qəp) manat ödənilməmiş hissə, 89,66 (səksən doqquz manat altmış altı qəp) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN, MƏTBƏX AKSESSUARİ TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR üçün 605,62 manat ödənilməmiş hissə, 60,38 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG üçün, 283,74 manat ödənilməmiş hissə, 28,26 manat cərimə, cəmi 1962 manat məbləğ borc və 39,62 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 389-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilənin şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********37061 “HONOR X9B” markalı telefon üçün 894,34 manat ödənilməmiş hissə, 89,66 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “PALTARYUYAN HOFFMANN”, “MƏTBƏX AKSESSUARİ TECHPOİNT PALTARYUYAN MAŞİN ÜÇÜN VASİTƏLƏR” üçün 605,62 manat ödənilməmiş hissə, 60,38 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “TOZSORAN SAMSUNG” üçün, 283,74 manat ödənilməmiş hissə, 28,26 manat cərimə və 39,62 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2001 (iki min bir) manat 62 (altmış iki) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1428/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1428/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver