Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-144/2024 10.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, YORĞAN - TEKSTİL - SG - BAMBU üçün 94.96 (doxsan dörd manat doxsan altı qəpik) ödənilməmiş hissə, 9.04 (doqquz manat dörd qəpik) manat cərimə olmaqla ümumilikdə, 104 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanmasını iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçının ərizənin qaytarılması barədə vəsatət verməsi, cavabdehin isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi əsası ilə baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı “Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qaytarılsın. İddiaçı “Abc-Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-144/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-144/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver