Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1447/2025 17.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 22 iyul 2024-cü il tarixli müqaviləyə əsasən LG Xboom musiqi mərkəzi üçün 622,84 manat ödənilməmiş hissə, 62,28 manat cərimə, 23 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra üç il xidməti, Bosch markalı tozsoran, JBL markalı qulaqlıq üçün 242,96 manat ödənilməmiş hissə, 24,3 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı fakturaya əsasən İmei kodu **********66725 TCL 40 üçün 380 manat ödənilməmiş hissə, 38 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı fakturaya əsasən Arızona-yumşaq-kunc divan, zəmanət + üç il xidməti üçün 930,44 manat ödənilməmiş hissə, 93,04 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə cəmi 2393,86 manat borc və 43,94 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 22 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1068,84 manat (18 ay + 59,38 manat + 0 manat ilkin ödəniş) olan LG Xboom musiqi mərkəzi almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 622,84 manat manat ödənilməmiş hissə və 62,28 manat cərimə pulu borcu yaranmışdır. Tərəflər arasında bağlanmış 23 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 366,96 manat (12 ay + 30,58 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra üç il xidməti, Bosch markalı tozsoran, JBL markalı qulaqlıq almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 242,96 manat manat ödənilməmiş hissə və 24,3 manat cərimə pulu borcu yaranmışdır. Tərəflər arasında bağlanmış 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 418 manat (12 ay + 38,25 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********66725 TCL 40 almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 380 manat manat ödənilməmiş hissə və 38 manat cərimə pulu borcu yaranmışdır. Tərəflər arasında bağlanmış 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 1023,48 manat (18 ay + 56,58 manat + 0 manat ilkin ödəniş) olan Arızonayumşaq-kunc divan, zəmanət + üç il xidməti almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 930,44 manat manat ödənilməmiş hissə və 93,04 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 737 manat təşkil edir. Cavabdeh müqavilələr üzrə məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 06 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı cavabdehdən 22 iyul 2024-cü il tarixli müqaviləyə əsasən LG Xboom musiqi mərkəzi üçün 622,84 manat ödənilməmiş hissə, 62,28 manat cərimə, 23 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra üç il xidməti, Bosch markalı tozsoran, JBL markalı qulaqlıq üçün 242,96 manat ödənilməmiş hissə, 24,3 manat cərimə, 22 iyul 2024cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı fakturaya əsasən İmei kodu **********66725 TCL 40 üçün 380 manat ödənilməmiş hissə, 38 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı fakturaya əsasən Arızona-yumşaq-kunc divan, zəmanət + üç il xidməti üçün 930,44 manat ödənilməmiş hissə, 93,04 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə cəmi 2393,86 manat borc və 43,94 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 13 oktyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 22 iyul 2024-cü il tarixli 11988833 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 59,38 manat olmaqla cəmi 1068,93 manat dəyərində LG Xboom musiqi mərkəzi satılmışdır. - 23 noyabr 2024-cü il tarixli 13986830 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 30,58 manat olmaqla cəmi 366,95 manat dəyərində qızıl zəmanət ultra üç il xidməti, Bosch markalı tozsoran, JBL markalı qulaqlıq satılmışdır. - 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış həmin müqavilə 10 (on) il müddətində qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. - 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 38,25 manat olmaqla cəmi 459,03 manat dəyərində İmei kodu **********66725 TCL 40 satılmışdır. - 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 56,58 manat olmaqla cəmi 1018,47 manat dəyərində Arızonayumşaq-kunc divan, zəmanət + üç il xidməti satılmışdır. - 06 avqust 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa üç iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 09 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 22 iyul 2024-cü il tarixli 11988833 nömrəli müqavilə üzrə 1068,84 manat borc məbləğindən 446 manat ödəniş etmiş, 622,84 manat ödənilməmiş hissə, 62,28 manat cərimə - cəmi 685,12 manat, 23 noyabr 2024-cü il tarixli 13986830 nömrəli müqavilə üzrə 366,96 manat borc məbləğindən 124 manat ödəniş etmiş, 242,96 manat ödənilməmiş hissə, 24,3 manat cərimə - cəmi 267,26 manat, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı faktura üzrə 459 manat borc məbləğindən 79 manat ödəniş etmiş, 380 manat ödənilməmiş hissə, 38 manat cərimə - cəmi 418 manat, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı faktura üzrə 1018,44 manat borc məbləğindən 88 manat ödəniş etmiş, 930,44 manat ödənilməmiş hissə, 93,04 manat cərimə - cəmi 1023,48 manat, ümumilikdə dörd müqavilə üzrə 2393,86 manat borcu qalmışdır. - 16 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 43,94 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə tərəflər arasında bağlanmış 22 iyul 2024-cü il tarixli 11988833 nömrəli müqaviləyə əsasən həmin tarixdə 18 ay müddətinə hər ay 59,38 manat olmaqla cəmi 1068,93 manat dəyərində LG Xboom musiqi mərkəzi və 23 noyabr 2024-cü il tarixli 13986830 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 30,58 manat olmaqla cəmi 366,95 manat dəyərində qızıl zəmanət ultra üç il xidməti, Bosch markalı tozsoran, JBL markalı qulaqlıq satılmışdır. Bundan başqa tərəflər arasında 10 (on) il müddətinə 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilə bağlanılmışdır. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Həmin müqavilənin əlavəsi – 28 dekabr 2024cü il tarixli 01913690 saylı fakturaya əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 38,25 manat olmaqla cəmi 459,03 manat dəyərində İmei kodu **********66725 TCL 40 və 28 yanvar 2025-ci il tarixli 11881688 saylı fakturaya əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 56,58 manat olmaqla cəmi 1018,47 manat dəyərində Arızona-yumşaq-kunc divan, zəmanət + üç il xidməti satılmışdır. Cavabdeh 22 iyul 2024-cü il tarixli 11988833 nömrəli müqavilə üzrə 1068,84 manat borc məbləğindən 446 manat ödəniş etmiş, 622,84 manat ödənilməmiş hissə, 62,28 manat cərimə - cəmi 685,12 manat, 23 noyabr 2024-cü il tarixli 13986830 nömrəli müqavilə üzrə 366,96 manat borc məbləğindən 124 manat ödəniş etmiş, 242,96 manat ödənilməmiş hissə, 24,3 manat cərimə - cəmi 267,26 manat, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı faktura üzrə 459 manat borc məbləğindən 79 manat ödəniş etmiş, 380 manat ödənilməmiş hissə, 38 manat cərimə - cəmi 418 manat, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı faktura üzrə 1018,44 manat borc məbləğindən 88 manat ödəniş etmiş, 930,44 manat ödənilməmiş hissə, 93,04 manat cərimə - cəmi 1023,48 manat, ümumilikdə dörd müqavilə üzrə 2393,86 manat borcu qalmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən dörd müqavilə üzrə ümumilikdə 2393,86 manat borcu və ödənilmiş 43,94 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22 iyul 2024-cü il tarixli müqavilə üzrə LG Xboom musiqi mərkəzi üçün 622,84 manat ödənilməmiş hissə, 62,28 manat cərimə, 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə qızıl zəmanət ultra üç il xidməti, Bosch markalı tozsoran, JBL markalı qulaqlıq üçün 242,96 manat ödənilməmiş hissə, 24,3 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı faktura üzrə İmei kodu **********66725 TCL 40 üçün 380 manat ödənilməmiş hissə, 38 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı faktura üzrə Arızonayumşaq-kunc divan, zəmanət + üç il xidməti üçün 930,44 manat ödənilməmiş hissə, 93,04 manat cərimə və 43,94 manat dövlət rüsumu, cəmi 2437,8 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 22 iyul 2024-cü il tarixli müqavilə üzrə LG Xboom musiqi mərkəzi üçün 622,84 manat ödənilməmiş hissə, 62,28 manat cərimə, 23 noyabr 2024-cü il tarixli müqavilə üzrə qızıl zəmanət ultra üç il xidməti, Bosch markalı tozsoran, JBL markalı qulaqlıq üçün 242,96 manat ödənilməmiş hissə, 24,3 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 dekabr 2024-cü il tarixli 01913690 saylı faktura üzrə İmei kodu **********66725 TCL 40 üçün 380 manat ödənilməmiş hissə, 38 manat cərimə, 22 iyul 2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi – 28 yanvar 2025-ci il tarixli 11881688 saylı faktura üzrə Arızona-yumşaq-kunc divan, zəmanət + üç il xidməti üçün 930,44 manat ödənilməmiş hissə, 93,04 manat cərimə və 43,94 manat dövlət rüsumu, cəmi 2437 (iki min dörd yüz otuz yeddi) manat 80 (səksən) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1447/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1447/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver