Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1490/2022 09.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 09 dekabr 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən ECK514054 nömrəli 09 aprel 2018-ci il tarixli müqavilə üzrə 155 manat əsas, 46 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 231 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 10 noyabr 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 25 noyabr 2022-ci il tarixdə almış, iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 09 aprel 2018-ci il tarixdə ECK514054 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 356 manat dəyərində bir ədəd “Braun” markalı epilyator satılmışdır. Cavabdeh 26 manat ilkin ödəniş etmiş, qalan 330 manat pulu 10 ay müddətində aylıq 33 manat olmaqla hər ayın 8-dək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə sonuncu dəfə 24 dekabr 2019-cu il tarixdə 10 manat ödəniş olunmuşdur. Cavabdehin 9 aprel 2018-ci il tarixli müqavilə üzrə 155 manat əsas, 46 manat dəbbə pulu olmaqla 201 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehin borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 155 manat əsas, 46 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 231 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 09 aprel 2018-ci il tarixli 514054 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 356 manat dəyərində 1 ədəd Epilyator Braun 7891 markalı epilyator satılmışdır. Cavabdeh 26 manat ilkin ödəniş etdikdən sonra 10 ay müddətində hər ayın 8-dək aylıq 33 manat ödəməyi öhdəsinə götürmüşdür. 21 oktyabr 2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehdən 09 aprel 2018-ci il tarixli müqavilə üzrə yaranmış cəmi 201 manat borcun beş təqvim günü müddətində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 29 oktyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 29 oktyabr 2022-ci il tarixə qalıq borcu 155 manat əsas, 46 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla 231 manatdır. 29 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanılmış 09 aprel 2018-ci il tarixli 514054 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 356 manat dəyərində 1 ədəd Epilyator Braun 7891 markalı epilyator satılmışdır. Cavabdeh 26 manat ilkin ödəniş etdikdən sonra 10 ay müddətində hər ayın 8dək aylıq 33 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə borcunu tam şəkildə ödəməmiş, 155 manat borcu qalmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 155 manat əsas, 46 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 231 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh aldığı əşyanın dəyərini tam şəkildə ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 155 manat əsas, 46 manat cərimə və 30 manat dövlət rüsumu - cəmi 231 (iki yüz otuz bir) manat məbləği alınaraq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-1490/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1490/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver