Məhkəmə qərarları › İş №e-2(037)-1532/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1532/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1532/2025 01.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı fakturaya əsasən Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti üçün 395,04 manat ödənilməmiş hissə, 39,5 manat cərimə və 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı fakturaya əsasən İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti üçün 407,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 40,79 manat cərimə, ümumilikdə 906,81 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 413,04 manat (24 ay + 17,21 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti almış, 395,04 manat ödənilməmiş hissə, 39,5 manat cərimə borcu yaranmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 407,88 manat (18 ay + 22,66 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti almış, 407,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 40,79 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 18 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh hər iki faktura üzrə məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı zamanı, həmçinin göndərilmiş 09 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, cavabdeh müqavilə ilə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı fakturaya əsasən Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti üçün 395,04 manat ödənilməmiş hissə, 39,5 manat cərimə və 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı fakturaya əsasən İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti üçün 407,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 40,79 manat cərimə, ümumilikdə 906,81 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 01 dekabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 05 fevral 2025-ci il tarixli ******* saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış həmin müqavilə 10 (on) il müddətində qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. - 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə hər ay 17,21 manat olmaqla cəmi 413,04 manat dəyərində Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. - 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış həmin müqavilə 10 (on) il müddətində qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. - 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 22,66 manat olmaqla cəmi 407,94 manat dəyərində İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. - 09 oktyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh 05 fevral 2025-ci il və 09 mart 2025-ci il tarixli müqavilələr üzrə öhdəliklərinin icrası ilə əlaqədar üç iş günü ərzində riayət olunmadığı təqdirdə müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 17 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********73427 olan Xiaomi Redmi 14C markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. - 17 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı faktura üzrə 413,04 manat borc məbləğindən 18 manat ödəniş etmiş, 395,04 manat ödənilməmiş hissə, 39,5 manat cərimə, 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı faktura üzrə 407,88 manat borc məbləğindən ödəniş etməmiş, 407,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 40,79 manat cərimə - hər iki müqavilə üzrə cəmi 906,81 manat borcu qalmışdır. - 21 oktyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 10 (on) il müddətinə 05 fevral 2025-ci il tarixli ******* saylı və 09 mart 2025-ci il tarixli ******* saylı müqavilələr bağlanılmışdır. Müqavilələrin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. 05 fevral 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi – 05 fevral 2025-ci il tarixli 13689906 saylı fakturaya əsasən 24 ay müddətinə hər ay 17,21 manat olmaqla cəmi 413,04 manat dəyərində Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti, 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı fakturaya əsasən 18 ay müddətinə hər ay 22,66 manat olmaqla cəmi 407,88 manat dəyərində İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 18 manat təşkil edir. Cavabdehin 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı faktura üzrə 395,04 manat borcu qalmış, həmin borca 39,5 manat cərimə və 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı faktura üzrə 407,88 manat borcu qalmış, həmin borca 40,79 manat cərimə hesablanmışdır. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********73427 olan Xiaomi Redmi 14C markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı fakturaya əsasən Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti üçün 395,04 manat ödənilməmiş hissə, 39,5 manat cərimə və 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı fakturaya əsasən İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti üçün 407,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 40,79 manat cərimə, ümumilikdə 906,81 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 05 fevral 2025ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı faktura üzrə Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti üçün 395,04 manat ödənilməmiş hissə, 39,5 manat cərimə və 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı faktura üzrə İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti üçün 407,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 40,79 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 936,81 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 05 fevral 2025-ci il tarixli ******* saylı müqaviləsinin əlavəsi - 05 fevral 2025-ci il tarixli 13689906 saylı faktura üzrə Hoffmann tv, Yupiter asqı, qızıl zəmanət ultra 2 il xidməti üçün 395,04 manat ödənilməmiş hissə, 39,5 manat cərimə və 09 mart 2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - 09 mart 2025-ci il tarixli 05135226 saylı faktura üzrə İmei kodu **********73427 olan Xiaomi Redmi 14C, qızıl zəmanət ultra 2 il xidməti üçün 407,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 40,79 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 936 (doqquz yüz otuz altı) manat 81 (səksən bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar