Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1545/2024 17.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 fevral 2023-cü il tarixli müqaviləyə əsasən Şəffaf vinil, İmei kodu **********59227 olan Samsung Galaxy A23 markalı telefon üçün 43,49 manat ödənilməmiş hissə, 4,51 manat cərimə və 04 mart 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı paltaryuyan üçün 503,14 manat ödənilməmiş hissə, 50,86 manat cərimə, ümumilikdə 602 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 fevral 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 730,98 manat (18 ay + 40,61 manat + 0 manat ilkin ödəniş) olan Şəffaf vinil, İmei kodu **********59227 olan Samsung Galaxy A23 markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 04 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 604,8 manat (18 ay + 33,6 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı paltaryuyan almışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 789,15 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 14 noyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 10 fevral 2023-cü il tarixli 03644440 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 40,61 manat olmaqla cəmi 730,98 manat dəyərində Şəffaf vinil, İmei kodu **********59227 olan Samsung Galaxy A23 markalı telefon satılmışdır. - 04 mart 2024-cü il tarixli 03736495 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 33,6 manat olmaqla cəmi 604,8 manat dəyərində Hoffmann markalı paltaryuyan satılmışdır. - 26 oktyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 31 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 10 fevral 2023-cü il tarixli müqavilə üzrə 730,98 manat borc məbləğindən 687,49 manat ödəniş etmiş, 43,49 manat ödənilməmiş hissə, 4,51 manat cərimə, 04 mart 2024-cü il tarixli müqavilə üzrə 604,8 manat borc məbləğindən 101,66 manat ödəniş etmiş, 503,14 manat ödənilməmiş hissə, 50,86 manat cərimə - hər iki müqavilə üzrə cəmi 602 manat borcu qalmışdır. - 04 noyabr 2024-cü il tarixli 68377017 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 10 fevral 2023-cü il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 40,61 manat ödəmək şərti ilə cəmi 730,98 manat dəyərində Şəffaf vinil, İmei kodu **********59227 olan Samsung Galaxy A23 markalı telefon, 04 mart 2024-cü il tarixli 03736495 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 33,6 manat ödəmək şərti ilə cəmi 604,8 manat dəyərində Hoffmann markalı paltaryuyan satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 789,15 manat ödəniş etmişdir. Cavabdehin 10 fevral 2023-cü il tarixli müqavilə üzrə 43,49 manat borcu qalmış, həmin borca 4,51 manat cərimə, 04 mart 2024-cü il tarixli müqavilə üzrə 503,14 manat borcu qalmış, həmin borca 50,86 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 602 manat borcu yaranmışdır. İddiaçı cəmi 602 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 fevral 2023cü il tarixli müqaviləyə əsasən Şəffaf vinil, İmei kodu **********59227 olan Samsung Galaxy A23 markalı telefon üçün 43,49 manat ödənilməmiş hissə, 4,51 manat cərimə, 04 mart 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı paltaryuyan üçün 503,14 manat ödənilməmiş hissə, 50,86 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 632 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 fevral 2023-cü il tarixli müqaviləyə əsasən Şəffaf vinil, İmei kodu **********59227 olan Samsung Galaxy A23 markalı telefon üçün 43,49 manat ödənilməmiş hissə, 4,51 manat cərimə, 04 mart 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı paltaryuyan üçün 503,14 manat ödənilməmiş hissə, 50,86 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 632 (altı yüz otuz iki) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1545/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1545/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver