Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1598/2025 16.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 20 mart 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən Apple Aırpods 4 markalı qulaqlıq üçün 296,88 manat ödənilməmiş hissə, 29,69 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 27 aprel 2025ci il tarixli ********* saylı fakturaya əsasən İmei kodu **********13193 olan İphone 16 markalı telefon üçün 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 230,33 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən İmei kodu **********04081 olan X3 14 markalı telefon üçün 526,7 manat ödənilməmiş hissə, 52,67 manat cərimə olmaqla ümumlikdə 3463,15 manat borc və 54,64 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığında görə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 20 mart 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 403,92 manat (12 ay + 33,66 manat + 0 manat ilkin ödəniş) olan Apple Aırpods 4 markalı qulaqlıq almış, 296,88 manat ödənilməmiş hissə, 29,69 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 27 aprel 2025-ci il tarixli ********* saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 2426,28 manat (18 ay + 127,96 manat + 123 manat ilkin ödəniş) olan İphone 16 markalı telefon almış, 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 230,33 manat cərimə borcu yaranmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən cavabdeh alqı-satqı qiyməti 568,08 manat (18 ay + 30,56 manat + 18 manat ilkin ödəniş) olan İmei kodu **********04081 olan X3 14 markalı telefon almış, 526,7 manat ödənilməmiş hissə, 52,67 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 271,42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh hər iki faktura üzrə məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı zamanı, həmçinin göndərilmiş 13 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, cavabdeh müqavilə ilə öhdəliklərini icra etməmişdir. Cavabdeh “müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İddiaçı cavabdehdən 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 20 mart 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən Apple Aırpods 4 markalı qulaqlıq üçün 296,88 manat ödənilməmiş hissə, 29,69 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 27 aprel 2025-ci il tarixli ********* saylı fakturaya əsasən İmei kodu **********13193 olan İphone 16 markalı telefon üçün 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 230,33 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən İmei kodu **********04081 olan X3 14 markalı telefon üçün 526,7 manat ödənilməmiş hissə, 52,67 manat cərimə olmaqla ümumlikdə 3463,15 manat borc və 54,64 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanılmış həmin müqavilə 10 (on) il müddətində qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. - 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 20 mart 2025-ci il tarixli ********* saylı fakturanın surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 33,66 manat olmaqla cəmi 403,95 manat dəyərində Apple Aırpods 4 markalı qulaqlıq satılmışdır. - 20 mart 2025-ci il tarixli bildirişdən görünür ki, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 27 aprel 2025-ci il tarixli ********* saylı fakturanın surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 123 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 127,96 manat olmaqla cəmi 2426,19 manat dəyərində İphone 16 markalı telefon satılmışdır. - 27 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı fakturanın surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 30,56 manat olmaqla cəmi 568,08 manat dəyərində İmei kodu **********04081 olan X3 14 markalı telefon satılmışdır. - 12 may 2025-ci il tarixli bildirişdən görünür ki, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - 13 oktyabr 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 19 mart 2025-ci, 27 aprel 2025-ci və 12 may 2025-ci il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 07 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********13193 olan İphone 16 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. - 07 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 20 mart 2025-ci il tarixli ********* saylı faktura üzrə 403,92 manat borc məbləğindən 107,04 manat ödəniş etmiş, 296,88 manat ödənilməmiş hissə, 29,69 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 27 aprel 2025-ci il tarixli ********* saylı faktura üzrə 2426,28 manat borc məbləğindən 123 manat ödəniş etmiş, 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 230,33 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı faktura üzrə 568,08 manat borc məbləğindən 41,38 manat ödəniş etmiş, 526,7 manat ödənilməmiş hissə, 52,67 manat cərimə - hər üç müqavilə üzrə cəmi 3463,15 manat borcu qalmışdır. - 12 noyabr 2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 12 noyabr 2025-ci il tarixdə 54,64 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 10 (on) il müddətinə 19 mart 2025-ci il tarixli ********** saylı müqavilə bağlanılmışdır. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ vardır. Həmin müqavilənin əlavələri – 20 mart 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən 12 ay müddətinə hər ay 33,66 manat olmaqla cəmi 403,95 manat dəyərində Apple Aırpods 4 markalı qulaqlıq, 27 aprel 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 123 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 127,96 manat olmaqla cəmi 2426,19 manat dəyərində İphone 16 markalı telefon, 12 may 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən 18 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 30,56 manat olmaqla cəmi 568,08 manat dəyərində İmei kodu **********04081 olan X3 14 markalı telefon satılmışdır. Cavabdehin 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 20 mart 2025-ci il tarixli ********* saylı faktura üzrə 403,92 manat borc məbləğindən 107,04 manat ödəniş etmiş, 296,88 manat ödənilməmiş hissə, 29,69 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 27 aprel 2025-ci il tarixli ********* saylı faktura üzrə 2426,28 manat borc məbləğindən 123 manat ödəniş etmiş, 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 230,33 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı faktura üzrə 568,08 manat borc məbləğindən 41,38 manat ödəniş etmiş, 526,7 manat ödənilməmiş hissə, 52,67 manat cərimə - hər üç müqavilə üzrə cəmi 3463,15 manat borcu qalmışdır. Cavabdehin üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 271,42 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********13193 olan İphone 16 markalı markalı telefonun açılıb-bağlanılması xidmətinə görə 23,6 manat pul ödənilmişdir. Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 20 mart 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən Apple Aırpods 4 markalı qulaqlıq üçün 296,88 manat ödənilməmiş hissə, 29,69 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 27 aprel 2025-ci il tarixli ********* saylı fakturaya əsasən İmei kodu **********13193 olan İphone 16 markalı telefon üçün 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 230,33 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən İmei kodu **********04081 olan X3 14 markalı telefon üçün 526,7 manat ödənilməmiş hissə, 52,67 manat cərimə olmaqla ümumlikdə 3463,15 manat borc və 54,64 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavələri – 20 mart 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən Apple Aırpods 4 markalı qulaqlıq üçün 296,88 manat ödənilməmiş hissə, 27 aprel 2025-ci il tarixli ********* saylı fakturaya əsasən İmei kodu **********13193 olan İphone 16 markalı telefon üçün 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 12 may 2025-ci il tarixli 212147 saylı fakturaya əsasən İmei kodu **********04081 olan X3 14 markalı telefon üçün 526,7 manat ödənilməmiş hissə məbləğinin tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbi üzrə 29,69 manat, 230,33 manat və 52,67 manat cərimə məbləğləri alqı-satqı müqavilələrinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 29,69 manat, 230,33 manat və 52,67 manat cərimə məbləğləri tutulmasına dair hissələri qismən – 20,78 manat, 161,23 manat və 36,87 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 3369,34 (296,88 manat ödənilməmiş hissə + 20,78 manat cərimə + 2303,28 manat ödənilməmiş hissə + 161,22 manat cərimə + 526,7 manat ödənilməmiş hissə + 36,87 manat cərimə) manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 53,69 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Ödənilmiş 54,64 manat dövlət rüsumunun 0,95 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 20 mart 2025-ci il tarixli 212147 saylı faktura üzrə Apple Aırpods 4 markalı qulaqlıq üçün 296,88 manat ödənilməmiş hissə, 20,78 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 27 aprel 2025-ci il tarixli ********* saylı faktura üzrə İmei kodu **********13193 olan İphone 16 markalı telefon üçün 2303,28 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 161,23 manat cərimə, 19 mart 2025-ci il tarixli ********** saylı müqaviləsinin əlavəsi – 12 may 2025-ci il tarixli 212147 saylı faktura üzrə İmei kodu **********04081 olan X3 14 markalı telefon üçün 526,7 manat ödənilməmiş hissə, 36,87 manat cərimə və 53,69 manat ödənilmiş dövlət rüsumu – cəmi 3423 (üç min dörd yüz iyirmi üç) manat 03 (üç) qəpik məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Ödənilmiş 54,64 manat dövlət rüsumunun 0,95 manat hissəsi İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1598/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1598/2025
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver