Məhkəmə qərarları › İş №e-2(037)-161/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-161/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-161/2025 02.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 17 sentyabr 2018-ci il tarixli ******* saylı borc müqaviləsi üzrə 284 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 314 (üç yüz on dörd) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli borc müqaviləsinə əsasən 15 ay müddətinə 1263 manat dəyərində məişət avadanlığı almışdır. Müqavilə üzrə ödəniş etdikdən sonra cavabdehin iddiaçıya 284 manat əsas borcu qalmışdır. İddiaçı cavabdehdən 17 sentyabr 2018-ci il tarixli borc müqaviləsi üzrə 284 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 314 (üç yüz on dörd) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etiraz ərizəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2024cü il tarixli 2(037)-1670 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, iş üzrə əlavə sübut və vəsatətinin olmadığını bildirmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 17 sentyabr 2018-ci il tarixli ******* nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1263 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 168 manat ilkin ödəniş etmiş, qalan 1095 manat məbləğini 15 ay müddətinə aylıq 73 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 22 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 17 sentyabr 2018-ci il tarixli müqavilə üzrə cəmi 1263 manat borc məbləğindən 17 sentyabr 2018-ci il tarixdə 168 manat, 20 noyabr 2018-ci il tarixdə 146 manat, 28 yanvar 2019-cu il tarixdə 146 manat, 23 aprel 2019-cu il tarixdə 146 manat, 29 noyabr 2019-cu il tarixdə 100 manat, 20 iyun 2020-ci il tarixdə 73 manat, 26 fevral 2021-ci il tarixdə 100 manat və 28 noyabr 2022-ci il tarixdə 100 manat ödəniş etmiş, 284 manat borcu qalmışdır. - 03 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 03 dekabr 2024-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli ******* nömrəli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1263 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 168 manat ilkin ödəniş etmiş, qalan 1095 manat məbləğini 15 ay müddətinə aylıq 73 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 1263 manat borc məbləğindən 17 sentyabr 2018-ci il tarixdə 168 manat, 20 noyabr 2018-ci il tarixdə 146 manat, 28 yanvar 2019-cu il tarixdə 146 manat, 23 aprel 2019-cu il tarixdə 146 manat, 29 noyabr 2019-cu il tarixdə 100 manat, 20 iyun 2020-ci il tarixdə 73 manat, 26 fevral 2021-ci il tarixdə 100 manat və 28 noyabr 2022-ci il tarixdə 100 manat ödəniş etmiş, 284 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 17 sentyabr 2018-ci il tarixli borc müqaviləsi üzrə 284 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 314 (üç yüz on dörd) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iş üzrə iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə 28 noyabr 2022-ci il tarixdə 100 manat ödəniş olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia vermək üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmiş və müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 284 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 314 manat məbləği alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 17 sentyabr 2018-ci il tarixli ******* saylı borc müqaviləsi üzrə 284 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 314 (üç yüz on dörd) manat məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar