Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-1674/2024 17.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Xəlı̇ lov Ümı̇ d Bəhlul oğluna qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə işə 17 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə cavabdeh Xəlı̇ lov Ümı̇ d Bəhlul oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən SAMSUNG CHARGER, İmei kod **********80470 SAMSUNG GALAXY A33 markalı telefon üçün 78.4 (yetmiş səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirçi üç manat, 60 qəpik) manat, 23.52 (iyirmi üç manat, 52 qəpik) manat cərimə olmaqla cəmi 125.52 manat borc və 30 manat dövlət rüsumunun alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiaçı "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Xəlı̇ lov Ümı̇ d Bəhlul oğluna qarşı borcun ödənilməsi tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı “Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1674/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-1674/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver