Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1698/2025 16.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 16 mart 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "ABC-TELECOM" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, ASUS MARKALİ KOMPÜTER, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 4332,06 manat ödənilməmiş hissə, 433,21 manat dəbbə və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, LG TV, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 1625,14 manat ödənilməmiş hissə, 162,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6552,92 manat borc, 85,53 manat ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən ASUS MARKALİ KOMPÜTER, ZƏMANƏT + 3 İL XİDMƏLTGİ, TV, ZƏMANƏT + 2 İL XİDMƏTİ almış və nəticədə 6552,92 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 4832,06 manat (18 ay x 240,67 manat + 500 manat ilkin ödəniş) olan ASUS MARKALİ KOMPÜTER, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 4765,27 manat olmaqla ondan, 4332,06 manat ödənilməmiş hissə, güzəşt olunaraq 433,21 manat dəbbə pulu və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 2422,88 manat (24 ay x 73,87 manat + 650 manat ilkin ödəniş) olan LG TV, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün ümumilikdə, 1787,65 manat olmaqla ondan, 1625,14 manat ödənilməmiş hissə, güzəşt olunaraq 162,51 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1297,74 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, ASUS MARKALİ KOMPÜTER, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 4332,06 manat ödənilməmiş hissə, 433,21 manat dəbbə və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, LG TV, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 1625,14 manat ödənilməmiş hissə, 162,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6552,92 manat borc və 85,53 manat ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə alqı-satqı qiyməti 4832,06 manat olan (18 ay x 240,67 manat + 500 manat ilkin ödəniş) Asus markalı kompüter 3 il zəmanət müddəti ilə satılmışdır. xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturadan görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə alqı-satqı qiyməti 2422,88 manat olan (24 ay x 73,87 manat + 650 manat ilkin ödəniş) LG TV 2 il zəmanət müddəti ilə satılmışdır. xx.xx.2025/2 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 06 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, Asus markalı kompüter, zəmanət + 3 il xidməti üçün 4832.06 manat məbləğindən 500 manat ödəniş etmiş, 4332.06 manat əsas və 433.21 manat dəbbə pulu və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, LG tv, zəmanət + 2 il xidməti üçün 2422.88 manat məbləğindən 797.74 manat ödəniş etmiş, 1625.14 manat əsas və 162.51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6552,92 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 14221103 büdcə təsnifat kodu vasitəsilə 55.08 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 142211 büdcə təsnifat kodu vasitəsilə 30.45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən ASUS MARKALİ KOMPÜTER, ZƏMANƏT + 3 İL XİDMƏLTGİ, TV, ZƏMANƏT + 2 İL XİDMƏTİ almış və nəticədə 6552,92 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 4832,06 manat (18 ay x 240,67 manat + 500 manat ilkin ödəniş) olan ASUS MARKALİ KOMPÜTER, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 4765,27 manat olmaqla ondan, 4332,06 manat ödənilməmiş hissə, güzəşt olunaraq 433,21 manat dəbbə pulu və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 2422,88 manat (24 ay x 73,87 manat + 650 manat ilkin ödəniş) olan LG TV, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün ümumilikdə, 1787,65 manat olmaqla ondan, 1625,14 manat ödənilməmiş hissə, güzəşt olunaraq 162,51 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1297,74 manat təşkil edir. Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borc məbləğlərinə dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçıya olan borcunun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 4332,06 manat ödənilməmiş hissə, 433,21 manat dəbbə və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, 1625,14 manat ödənilməmiş hissə, 162,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6552,92 manat borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 85,53 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, ASUS MARKALİ KOMPÜTER, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 4332,06 manat ödənilməmiş hissə, 433,21 manat dəbbə və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, LG TV, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 1625,14 manat ödənilməmiş hissə, 162,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6552,92 manat borc və 85,53 manat ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki,xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 4332,06 manat və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 1625,14 manat əsas borc məbləğləri cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, AR MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, AR MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 433,21 manat və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 162,51 manat cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır və yüksək məbləğ deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 433,21 manat və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 162,51 manat cərimə məbləğləri də tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 85,53 manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, Asus markalı kompüter, zəmanət + 3 il xidməti üçün 4332,06 manat ödənilməmiş hissə, 433,21 manat dəbbə pulu və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, LG tv, zəmanət + 2 il xidməti üçün 1625,14 manat ödənilməmiş hissə, 162,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6552,92 manat borc və 85,53 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1698/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1698/2025
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver