Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-171/2024 22.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 03 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********79422 olan Black Vıew A95 markalı telefon üçün 520,39 manat ödənilməmiş hissə, 52,61 manat cərimə və 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********79268 olan Black Vıew A95 markalı telefon, Vinil Şəffa üçün 582,89 manat ödənilməmiş hissə, 58,11 manat cərimə, ümumilikdə 1214 manat borc və 32,14 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 yanvar 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 777,06 manat (18 ay + 43,17 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********79422 olan Black Vıew A95 markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 779,26 manat (18 ay + 41,77 manat + 27,4 manat ilkin ödəniş) olan İmei kodu **********79268 olan Black Vıew A95 markalı telefon, Vinil Şəffa almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 453,04 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 19 dekabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 03 yanvar 2023-cü il tarixli 10743656 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 43,17 manat olmaqla cəmi 777,06 manat dəyərində İmei kodu **********79422 olan Black Vıew A95 markalı telefon satılmışdır. - 09 yanvar 2023-cü il tarixli 03324007 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 27,4 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 41,77 manat olmaqla cəmi 779,26 manat dəyərində İmei kodu **********79268 olan Black Vıew A95 markalı telefon, Vinil Şəffa satılmışdır. - 29 noyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 03 yanvar 2023-cü il və 09 yanvar 2023-cü il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 13 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 03 yanvar 2023-cü il tarixli müqavilə üzrə 777,06 manat borc məbləğindən 256,67 manat ödəniş etmiş, 520,39 manat ödənilməmiş hissə, 52,61 manat cərimə, 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə 779,26 manat borc məbləğindən 196,37 manat ödəniş etmiş, 582,89 manat ödənilməmiş hissə, 58,11 manat cərimə - hər iki müqavilə üzrə cəmi 1214 manat borcu qalmışdır. - 14 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 32,14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 03 yanvar 2023-cü il tarixli 10743656 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 43,17 manat ödəmək şərti ilə cəmi 777,06 manat dəyərində İmei kodu **********79422 olan Black Vıew A95 markalı telefon, 09 yanvar 2023cü il tarixli 03324007 nömrəli müqaviləyə əsasən 27,4 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 41,77 manat ödəmək şərti ilə cəmi 779,26 manat dəyərində İmei kodu **********79268 olan Black Vıew A95 markalı telefon Vinil Şəffa satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 453,04 manat ödəniş etmişdir. Cavabdehin 03 yanvar 2023-cü il tarixli müqavilə üzrə 520,39 manat borcu qalmış, həmin borca 52,61 manat cərimə, 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə 582,89 manat borcu qalmış, həmin borca 58,11 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 1214 manat borcu yaranmışdır. İddiaçı cəmi 1214 manat borcu və ödənilmiş 32,14 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 03 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********79422 olan Black Vıew A95 markalı telefon üçün 520,39 manat ödənilməmiş hissə, 52,61 manat cərimə, 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********79268 olan Black Vıew A95 markalı telefon, Vinil Şəffa üçün 582,89 manat ödənilməmiş hissə, 58,11 manat cərimə və 32,14 manat dövlət rüsumu, cəmi 1246,14 manat məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 03 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********79422 olan Black Vıew A95 markalı telefon üçün 520,39 manat ödənilməmiş hissə, 52,61 manat cərimə, 09 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********79268 olan Black Vıew A95 markalı telefon, Vinil Şəffa üçün 582,89 manat ödənilməmiş hissə, 58,11 manat cərimə və 32,14 manat dövlət rüsumu, cəmi 1246 (bir min iki yüz qırx altı) manat 14 (on dörd) qəpik məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-171/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-171/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver