Məhkəmə qərarları › İş №e-2(037)-1727/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-1727/2025

23.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-1727/2025 23.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər "xxxx" Publik hüquqi şəxsi və ASC “Xalq” Bankına qarşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair mülki işə 23 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli (**********85-06301 reyestr nömrəli) qeydiyyatın, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli (**********88-06301 reyestr nömrəli) qeydiyyatın, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli (**********89-06301 reyestr nömrəli) qeydiyyatın, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli (**********87-06031 reyestr nömrəli) qeydiyyatın, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 764.8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli (**********86-06031 reyestr nömrəli) qeydiyyatın ləğv edilməsinə, sözügedən əmlaklara dair Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə, onun sözügedən əmlakların 1/14 hissəsinə münasibətdə mülkiyyət hüququnun tanınmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları 26 yanvar 2026, 09 fevral 2026 və 23 fevral 2026cı il tarixlərə təyin edilmişdir. Məhkəmə tərəfindən üç dəfə məhkəmə hazırlıq iclası təyin olunsa da, iddiaçı qeyd olunan məhkəmə iclaslarına təkrarən gəlməmiş, məhkəməyə gəlməməsinin səbəblərini bildirməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 9.1-ci maddəsinə əsasən MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin Məcəllənin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh və üçüncü şəxslər "xxxx" Publik hüquqi şəxsi və ASC “Xalq” Bankına qarşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar