Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-173/2025 10.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair mülki işə 10 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5750 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 78 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 15:02 radələrində Bakı şəhəri, Ə.Vəliyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X8” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Veloster” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymiş, Səfər Səfərov yüngül dərəcəli xəsarət almışdır. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* №-li İnzibati tənbeh vermə haqqında protokola əsasən,Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Auto Box” automobile services tərəfindən tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Hyundai Veloster” markalı, **-UD-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 8000 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA112371 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə icbari sığorta üzrə əmlaka dəymiş zərərin son həddi üzə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir.Həmçinin "xxxx" ASC tərəfindən iş üzrə PXA117792 saylı sığorta aktı tərtib edilməklə Səfər Səfərov yüngül dərəcəli xəsarət aldığından 750 manat sığorta ödənişi zərərçəkən şəxsə ödənilmişdir.Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə ümumilikdə dəymiş zərərə görə tərəflərindən 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə üzrə cavabdehlərə nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə subroqasiya hüquqlarının yaranması barədə ilkin bildiriş göndərilmiş lakin borclular tələb olunan məbləği ödəməkdən yayınmışlar. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, elektron qaydada ərizə göndərərək, məhkəmə iclaslarını iştirakları olamdan keçirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İvanovka kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:02 radələrində o idarə etdiyi “X8” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu,K.Balakişiyev küçəsi ilə üzü Ə.Vəliyev küçəsi istiqamətində hərəkət edib Ə.Vəliyev küçəsinə çıxan zaman yolun kənarındakı şam ağacı ona yolu görməyə maneçilik törətdiyindən o baş yola çıxan anda öz yolu ilə yüksək surətdə hərəkətdə olan “Hyundai Veloster” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir və arvadı Natalya Sapunkova xəsarət almışdır.Hadisə zamanı o avtomobili ayıq vəziyyətdə idarə etmişdir.O, iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində ondan və digər Cavabdeh2 müştərək qaydada tələb edilən 5750 manat məbləğində pul vəsaitini və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 78 manat dövlət rüsumunu "xxxx" ASC-nin hesabına ödənilməsinə etiraz etmir və həmin məbləğləri yaxın vaxtlarda hissə-hissə "xxxx" ASC-yə ödəyəcəkdir. Ona görə də izahatında qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İvanovka kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:02 radələrində Cavabdeh1 onun mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi “X8” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ilə üzü Ə.Vəliyev küçəsi istiqamətində hərəkət edib Ə.Vəliyev küçəsinə çıxan zaman yolun kənarındakı şam ağacı ona yolu görməyə maneçilik törətdiyindən o baş yola çıxan anda öz yolu ilə yüksək surətdə hərəkətdə olan “Hyundai Veloster” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı Cavabdeh1 avtomobili ayıq vəziyyətdə idarə etmişdir. O, iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində ondan və digər Cavabdeh1 müştərək qaydada tələb edilən 5750 manat məbləğində pul vəsaitini və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 78 manat dövlət rüsumunu "xxxx" ASC-nin hesabına ödənilməsinə etiraz etmir və həmin məbləğləri yaxın vaxtlarda hissə-hissə "xxxx" ASC-yə ödəyəcəkdir. Ona görə də izahatında qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, cavabdehlərin iddia tələbinə münasibətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhər Nizami DYPŞ-nin YNH inspektoru polis leytenantı Tural Kamranzadə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X6 Protokolundan görünür ki, Nizami DYPŞ-nin YNH inspektoru polis leytenantı Tural Kamranzadə tərəfindən İsmayıllı rayon İvanovka kənd sakini Cavabdeh1 barəsində İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X6 Protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Kənan Əliyev tərəfindən icraatında olan HK-372 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddəsinin tələblərinə əsasən “Ford Tranzit” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh1 inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli,№2591 nömrəli "xxxx" automobile services tərətindən verilmiş qiymətləndirmə aktının sürətindən görünür ki, “Hyundai Veloster” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8000 manatdır. xx.xx.2022-ci il tarixli,PXA112371 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən “Hyundai Veloster” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 8000 manat müəyyən edilmiş, avtomobilə dəymiş ziyana görə sığorta ödənişi olaraq avtomobilin sahibi X4 5000 manat məbləğində pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli,PXA117792 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya MTE və PA ETT Birliyinin Ekspert rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış “Hyundai Veloster” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 dəymiş ziyana görə 750 manat məbləğində sğorta ödənişi edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində saat 15:02 radələrində Bakı şəhəri, Ə.Vəliyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsində Cavabdeh2 məxsus “X8” markalı ** DL *** dövlət qeydiyatlı avtomaşınla hərəkətdə olarkən “Hyundai Veloster” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomaşına maddi zərər dəymiş və Səfər Səfərov yüngül dərəcəli xəsarət almışdır. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* №-li İnzibati tənbeh vermə haqqında protokola əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Auto Box” automobile services tərəfindən tərtib edilmiş Qüsur aktında “Hyundai Veloster” markalı, **-UD-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 8000 manat təşkil etdiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA112371 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə icbari sığorta üzrə əmlaka dəymiş zərərin son həddi üzə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən iş üzrə PXA117792 saylı sığorta aktı tərtib edilməklə Səfər Səfərov yüngül dərəcəli xəsarət aldığından 750 manat sığorta ödənişi zərərçəkən şəxsə ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə ümumilikdə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 5750 manat məbləğində pul "xxxx" ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5750 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 78 manat dövlət rüsumu məbləği də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 5750 manat məbləğində pul vəsaiti və ödənilən 78 manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-173/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-173/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver