Məhkəmə qərarları › İş №e-2(037)-181/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-181/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-181/2024 02.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 635 manat məbləğində əsas borc, 64 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 729 (yeddi yüz iyirmi doqquz) manat məbləği alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 31 mart 2022-ci il tarixli R0037229 nömrəli müqaviləyə əsasən satıcı alıcıya 18 ay müddətinə, 635 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 635 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissəhissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. İddiaçı cavabdehdən 635 manat əsas, 64 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq 29 dekabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın onlara məlum olmadığını və məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 31 mart 2022-ci il tarixli R0037229 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, 635 manat dəyərində olan əşyanı satmışdır. - 31 mart 2022-ci il tarixli malların təhvil-təslim aktının surətindən görünür ki, əşya həmin tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. - 16 oktyabr 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 635 manat əsas borcun və 64 manat cərimə borcunun üç gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 30 sentyabr 2023-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehn R0037229 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 31 mart 2022-cü il tarixə 635 manat əsas və 64 manat cərimə borcu qalmışdır. - 17 dekabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 31 mart 2022-ci il tarixli R0037229 nömrəli əşyanın nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 635 manat dəyərində olan əşya ilkin ödənişsiz, 18 ay müddətində, ayda 36 manat ödəmək şərti ilə təhvil verilmişdir. Borclunun 635 manat qalıq borc ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə əsasən əsas borca 64 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 635 manat əsas, 64 manat cərimə borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 635 manat məbləğində əsas borc, 64 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 729 (yeddi yüz iyirmi doqquz) manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 635 manat məbləğində əsas borc, 64 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 729 (yeddi yüz iyirmi doqquz) manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar