Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-182/2025 17.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 iyul 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefon üçün 518,52 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 155,56 manat cərimə, ümumilikdə 697,68 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 518,52 manat (12 ay + 43,21 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefon almışdır. Cavabdeh aldığı malın dəyərindən ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 18 dekabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 10 iyul 2024-cü il tarixli 07261807 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 43,21 manat olmaqla cəmi 518,52 manat dəyərində İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefon satılmışdır. - 10 dekabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 11 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 10 iyul 2024-cü il tarixli müqavilə üzrə 518,52 manat borc məbləğindən ödəniş etməmiş, 518,52 manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 155,56 manat cərimə - cəmi 697,68 manat borcu qalmışdır. - 13 dekabr 2024-cü il tarixli 70454643 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - 17 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 10 iyul 2024-cü il tarixli 07261807 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 43,21 manat ödəmək şərti ilə cəmi 518,52 manat dəyərində İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefon satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ödəniş etməmiş, 518,52 manat borcu ödənilməmiş qalmış, həmin borca 155,56 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 697,68 manat borcu yaranmışdır. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. İddiaçı cəmi 697,68 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 518,52 manat ödənilməmiş hissə və 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumunun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbi üzrə 155,56 manat cərimə məbləği alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 155,56 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 55 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10 iyul 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefon üçün 518,52 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 55 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 627,12 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 iyul 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********75322 olan Blackvıew A85 markalı telefon üçün 518,52 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 55 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 627 (altı yüz iyirmi yeddi) manat 12 (on iki) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-182/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-182/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver