Məhkəmə qərarları › İş №e-2(037)-183/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-183/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-183/2024 26.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 273 manat məbləğində əsas borc, 27 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 330 (üç yüz otuz) manat məbləği alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27 iyun 2022-ci il tarixli R0046696 nömrəli müqaviləyə əsasən satıcı alıcıya 12 ay müddətinə, 419 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 90 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 329 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 56 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. İddiaçı cavabdehdən 273 manat əsas, 27 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 29 dekabr 2023-cü il tarixdə göndərilmişdir. Məhkəmə bildirişi cavabdehə 04 yanvar 2023-cü il tarixində çatmışdır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 27 iyun 2022-ci il tarixli R0046696 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə 90 manat ilkin ödəniş etdikdən sonra cavabdehə 12 ay müddətinə, 419 manat dəyərində olan əşyanı satmışdır. - 27 iyun 2022-ci il tarixli malların təhvil-təslim aktının surətindən görünür ki, əşya həmin tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. - 16 oktyabr 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 273 manat əsas borcun və 27 manat cərimə borcunun üç gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 30 sentyabr 2023-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh R0046696 nömrəli 27 iyun 2022-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 329 manat əsas borcundan 56 manat ödəniş etmiş, 273 manat əsas və 27 manat cərimə borcu qalmışdır. - 17 dekabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 27 iyun 2022-ci il tarixli R0046696 nömrəli əşyanın nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, 419 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 90 manat ilkin ödəniş etmiş və qalıq qalmış 329 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı malın dəyərindən 56 manat ödəniş etmiş, 273 manat borcu ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə əsasən əsas borca 27 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 273 manat əsas, 27 manat cərimə borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 273 manat məbləğində əsas borc, 27 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 330 (üç yüz otuz) manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 273 manat məbləğində əsas borc, 27 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 330 (üç yüz otuz) manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar