Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-210/2024 14.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 14 fevral 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 21 mart 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********22856 olan “Samsung Galaxy A53” markalı telefon və “Samsung 15W Charger Type-C” üçün 719,96 manat ödənilməmiş hissə, 71,04 manat cərimə, 21 may 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********04314 olan “Samsung Galaxy A54” markalı telefon üçün 1242,87 manat ödənilməmiş hissə, 124,13 manat cərimə və 41,58 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2199,58 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 08 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və məhkəmə sənədi cavabdehə çatdırılması üçün icra nümayəndəliyində saxlanılmışdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 21 mart 2023-cü il tarixli və 21 may 2023-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********22856 olan “Samsung Galaxy A53” markalı telefon, “Samsung 15W Charger Type-C” və “Samsung Galaxy A54” markalı telefon almış, nəticədə 2158 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə 21 mart 2023-cü il tarixli müqavilə üzrə 719,96 manat ödənilməmiş hissə və 71,04 manat cərimə, 21 may 2023-cü il tarixli müqavilə üzrə isə 1242,87 manat ödənilməmiş hissə və 124,13 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 278,11 manat təşkil edir. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması və onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də o, müqavilələrlə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehdən 21 mart 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********22856 olan “Samsung Galaxy A53” markalı telefon və “Samsung 15W Charger Type-C” üçün 719,96 manat ödənilməmiş hissə, 71,04 manat cərimə, 21 may 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********04314 olan “Samsung Galaxy A54” markalı telefon üçün 1242,87 manat ödənilməmiş hissə, 124,13 manat cərimə və 41,58 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2199,58 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 21 mart 2023-cü il tarixli, 14893361 nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 06 ay müddətinə hər ay 154,16 manat ödəmək şərti ilə cəmi 924,96 manat dəyərində üzrə İMEİ kodu **********22856 olan “Samsung Galaxy A53” markalı telefon və “Samsung 15W Charger Type-C” satılmışdır. 21 may 2023-cü il tarixli, 03335429 nömrəli müqavilənin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 73,11 manat ödəmək şərti ilə cəmi 1315,98 manat dəyərində üzrə İMEİ kodu **********04314 olan “Samsung Galaxy A54” markalı telefon satılmışdır. 16 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən aldığı əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin 03 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 23 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 21 mart 2023-cü il tarixli müqavilə üzrə 924,96 manat borc məbləğindən 205 manat ödəniş etmiş, 719,96 manat borcu qalmış və əsas borca 71,04 manat cərimə hesablanmışdır. Cavabdeh 21 may 2023-cü il tarixli müqavilə üzrə 1315,98 manat borc məbləğindən 73,11 manat ödəniş etmiş, 1242,87 manat borcu qalmış və əsas borca 124,13 manat cərimə hesablanmışdır. 25 dekabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 41,58 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, 21 mart 2023-cü il tarixli, 14893361 nömrəli müqaviləyə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 06 ay müddətinə hər ay 154,16 manat ödəmək şərti ilə cəmi 924,96 manat dəyərində üzrə İMEİ kodu **********22856 olan “Samsung Galaxy A53” markalı telefon və “Samsung 15W Charger Type-C” satılmışdır. 21 may 2023-cü il tarixli, 03335429 nömrəli müqaviləyə əsasən isə həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 73,11 manat ödəmək şərti ilə cəmi 1315,98 manat dəyərində üzrə İMEİ kodu **********04314 olan “Samsung Galaxy A54” markalı telefon satılmışdır. Cavabdeh 21 mart 2023-cü il tarixli müqavilə üzrə 924,96 manat borc məbləğindən 205 manat ödəniş etmiş, 719,96 manat borcu qalmış və əsas borca 71,04 manat cərimə hesablanmışdır. Cavabdeh 21 may 2023-cü il tarixli müqavilə üzrə 1315,98 manat borc məbləğindən 73,11 manat ödəniş etmiş, 1242,87 manat borcu qalmış və əsas borca 124,13 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 21 mart 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********22856 olan “Samsung Galaxy A53” markalı telefon və “Samsung 15W Charger Type-C” üçün 719,96 manat ödənilməmiş hissə, 71,04 manat cərimə, 21 may 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********04314 olan “Samsung Galaxy A54” markalı telefon üçün 1242,87 manat ödənilməmiş hissə, 124,13 manat cərimə və 41,58 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2199,58 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilələrin şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 41,58 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21 mart 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********22856 olan “Samsung Galaxy A53” markalı telefon və “Samsung 15W Charger Type-C” üçün 719,96 manat ödənilməmiş hissə, 71,04 manat cərimə, 21 may 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********04314 olan “Samsung Galaxy A54” markalı telefon üçün 1242,87 manat ödənilməmiş hissə, 124,13 manat cərimə və 41,58 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2199 (iki min bir yüz doxsan doqquz) manat 58 (əlli səkkiz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-210/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-210/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver