Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-245/2025 21.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı kompensassiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən torpaq sahəsindən Cavabdeh düşən 1/5 hissəsindən yəni, 0.27 ha torpaq sahəsinə görə 1000 manat, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.3935 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin 1/4 hissədə yəni, 0.07 ha həyətyanı torpaq sahəsinə görə 1500 manat kompensassiya və həmçinin VAZ 2106 minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1000 manat, ümumilikdə 3500 manat kompensassiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə dəftərxana vasitəsilə barışıq sazişi və barışıq sazişinin təsdiq olunması və işə iştirakı olmadan baxılması barədə ərizə göndərərək, işə iştirakı olmadan baxaraq barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi/vəkili Vəkil sonuncu məhkəmə iclasına gəlməmişdir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə dəftərxana vasitəsilə barışıq sazişinin təsdiq olunması və işə iştirakı olmadan baxılması barədə ərizə göndərərək, işə iştirakı olmadan baxaraq barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişi: MÜQAVİLƏNİN PREDMETİ Tərəflər hazırkı sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı göstərilən şərtlərlə həll edilməsini öz üzərlərinə götürürlər.
1. Mübahisə Azərbaycan Respublikası MM-nin 881-ci, MPM-nin 47, 52.3 və 191.1-ci maddələrinə istinadən aşağıdakı şərtlərlə həll edilir: 1.1. Cavabdeh mərhum əri X1 miras qalmış və onun payına düşən torpaq sahələrinin və həmçinin “VAZ 2106” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməyəcəyini və həmin əmlaklarla bağlı gələcəkdə heç bir iddia tələbinin olmayacağını öz öhdəsinə götürür.. 1.2. İddiaçı onda olan Cavabdeh məxsus bütün qızıl-zinət əşyalarını cavabdehə qaytarmağı, eyni zamanda mərhum oğlu X3 vərəsəliklə aid olan torpaq sahələrini gələcəkdə mərhum oğlunun övladları X4 və X2 yetkinlik yaşına çatdıqdan sonra adlarına rəsmiləşdirməyi və həmçinin həmin əmlaklarla əlaqədar Cavabdeh 3500 (üç min beş yüz) manat pul ödəməyi öz öhdəsinə götürür..
2. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Cavabdeh bunu aydın dərk edərək, məcburi icranı qəbul edir.
3. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
4. Cavabdeh qəbul edir ki, barışıq sazişi qanuni qüvvəyə (qərardad qüvvəyə mindiyi andan) mindiyi tarixdən bu sazişin 1.1-ci bəndində göstərilən mərhum əri X1 miras qalmış onun payına düşən torpaq sahələrinin və həmçinin “VAZ 2106” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməyəcəkdir.
5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
6. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilir.
7. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.
8. İddiaçı qəbul edir ki, onda olan Cavabdeh məxsus bütün qızıl-zinət əşyalarını cavabdehə qaytaracaqdır və eyni zamanda mərhum oğlu X3 vərəsəliklə aid olan torpaq sahələrini gələcəkdə mərhum oğlunun övladları X4 və X2 yetkinlik yaşına çatdıqdan sonra adlarına rəsmiləşdirəcəkdir və həmçinin həmin əmlaklarla əlaqədar Cavabdeh 3500 (üç min beş yüz) manat pul ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata barışıq sazişində göstərilən məsələlər hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı kompensassiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
Barışıq sazişi:
MÜQAVİLƏNİN PREDMETİ Tərəflər hazırkı sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı göstərilən şərtlərlə həll edilməsini öz üzerlərinə götürürlər.
1. Mübahisə Azərbaycan Respublikası MM-nin 881-ci, MPM-nin 47, 52.3 və 191.1-ci maddələrinə istinadən aşağıdakı şərtlərlə həll edilir: 1.1. Cavabdeh mərhum əri X1 miras qalmış və onun payına düşən torpaq sahələrinin və həmçinin “VAZ 2106” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməyəcəyini və həmin əmlaklarla bağlı gələcəkdə heç bir iddia tələbinin olmayacağını öz öhdəsinə götürür.. 1.2. İddiaçı onda olan Cavabdeh məxsus bütün qızıl-zinət əşyalarını cavabdehə qaytarmağı, eyni zamanda mərhum oğlu X3 vərəsəliklə aid olan torpaq sahələrini gələcəkdə mərhum oğlunun övladları X4 və X2 yetkinlik yaşına çatdıqdan sonra adlarına rəsmiləşdirməyi və həmçinin həmin əmlaklarla əlaqədar Cavabdeh 3500 (üç min beş yüz) manat pul ödəməyi öz öhdəsinə götürür..
2. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Cavabdeh bunu aydın dərk edərək, məcburi icranı qəbul edir.
3. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
4. Cavabdeh qəbul edir ki, barışıq sazişi qanuni qüvvəyə (qərardad qüvvəyə mindiyi andan) mindiyi tarixdən bu sazişin 1.1-ci bəndində göstərilən mərhum əri X1 miras qalmış onun payına düşən torpaq sahələrinin və həmçinin “VAZ 2106” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməyəcəkdir.
5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
6. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilir.
7. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.
8. İddiaçı qəbul edir ki, onda olan Cavabdeh məxsus bütün qızıl-zinət əşyalarını cavabdehə qaytaracaqdır və eyni zamanda mərhum oğlu X3 vərəsəliklə aid olan torpaq sahələrini gələcəkdə mərhum oğlunun övladları X4 və X2 yetkinlik yaşına çatdıqdan sonra adlarına rəsmiləşdirəcəkdir və həmçinin həmin əmlaklarla əlaqədar Cavabdeh 3500 (üç min beş yüz) manat pul ödəyəcəkdir. İddiaçı Cavabdeh qarşı kompensassiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən İlqar Hüseynov