Məhkəmə qərarları › İş №e-2(037)-247/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-247/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-247/2024 15.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 28 noyabr 2019-cu il tarixli nömrəli müqavilə üzrə 684 manat əsas və 205 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 919 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2019-cu il tarixli ECK5825765 nömrəli müqaviləyə əsasən 1378 manat dəyəri olan bir ədəd “Samsung Galaxy A80” markalı telefon hissə-hissə ödəniş olmaqla cavabdehə satılmışdır. Cavabdeh müqavilə üzrə 250 manat ilkin ödəniş etdikdən sonra qalan 1128 manat pulu 12 ay müddətinə, aylıq 94 manat olmaqla, hər ayın 27-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə ECK5825765 nömrəli müqavilə üzrə 684 manat əsas və 205 manat dəbbə pulu olmaqla 889 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə sonuncu dəfə 16. 12.2023 il tarixdə 20 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehdən 28 noyabr 2019-cu il tarixli nömrəli müqavilə üzrə 684 manat əsas və 205 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 919 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 11 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh məhkəmə bildirişini 12 yanvar 2024-cü il tarixdə almışdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İş materiallarıda olan və məhkəmə tərəfindən tədqiq edilmiş 28 noyabr 2019-cu il tarixli ECK5825765 nömrəli müqavilənin surətindən görünür ki, 1378 manat dəyəri olan bir ədəd “Samsung Galaxy A80” markalı telefon hissə-hissə ödəniş olmaqla cavabdehə satılmışdır. Cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 12 ay müddətində hər ay 94 manat ödəməyi öhdəsinə götürmüşdür. 23 dekabr 2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, borcun könüllü qaydada 5 təqvim günü müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 30 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 28 noyabr 2019-cu il tarixli ECK5825765 nömrəli müqavilə üzrə üzrə 684 manat əsas və 205 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 919 manat borcu vardır. 29 dekabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, 28 noyabr 2019-cu il tarixli ECK5825765 nömrəli alğı-satqı müqaviləsinə əsasən fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh 1378 manat dəyəri olan bir ədəd “Samsung Galaxy A80” markalı telefon hissə-hissə ödəniş olmaqla satılmışdır. Cavadeh 250 manat ilkin ödəniş etdikdən sonra müqavilə üzrə qalan 1128 manat pulu 12 ay müddətinə, aylıq 94 manat olmaqla, hər ayın 27-dək ödəməyi üzərinə götürmüşdür. 23 dekabr 2023-cü il tarixdə borcun könüllü qaydada 5 təqvim günü müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehin 28 noyabr 2019-cu il tarixli ECK5825765 nömrəli müqavilə üzrə üzrə 684 manat əsas və 205 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı cavabdehdən 28 noyabr 2019-cu il tarixli ECK5825765 nömrəli müqavilə üzrə üzrə 684 manat əsas və 205 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 919 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan borc məbləğini nəzərdən keçirib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən 30 dekabr 2023-cü il tarixli maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28 noyabr 2019-cu il tarixli ECK5825765 nömrəli müqavilə üzrə 684 manat əsas borca görə iddiaçı tərəfindən cavabdehə hesablanmış 205 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 68 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia qismən təmin edilməli, Cavabdeh 684 manat əsas və 68 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 684 manat əsas və 68 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 782 (yeddi yüz səksən iki) manat məbləği alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar