Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-249/2024 15.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ECK5825548 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 545 manat əsas, 163 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 738 manat pulun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 18 noyabr 2019cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə dəyərini hissə-hissə ödəmək şərti ilə alqı-satqı qiyməti 1184 manat olan 1ədəd “Samsung Galaxy A70” markalı telefon satmışdır. Alıcı 50 manat ilkin ödəniş etdikdən sonra qalan 1134 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 63 manat olmaqla, hər ayın 17-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 11 yanvar 2024-cü il tarixdə göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, MPM-in 284-5.2-ci maddəsinə əsasən bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -18 noyabr 2019-cü il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 50 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 63 manat olmaqla cəmi 1184 manat dəyərində 1ədəd “Samsung Galaxy A70” markalı telefon satılmışdır. -23 dekabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə aldığı əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -30 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 545 manat əsas, 163 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 738 manat borcu qalmışdır. -27 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, 18 noyabr 2019-cu il tarixli ECK5825548 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 1184 manat dəyəri olan bir ədəd “Samsung Galaxy A70” markalı telefon hissə-hissə ödəniş olmaqla satılmışdır. Cavadeh 50 manat ilkin ödəniş etdikdən sonra müqavilə üzrə qalan 1134 manat pulu 18 ay müddətinə, aylıq 63 manat olmaqla, hər ayın 17-dək ödəməyi üzərinə götürmüşdür. 23 dekabr 2023-cü il tarixdə borcun könüllü qaydada 5 təqvim günü müddətində ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehin ECK5825548 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə üzrə 545 manat əsas, 163 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı ECK5825548 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə üzrə 545 manat əsas, və 163 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 738 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan borc məbləğini nəzərdən keçirib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən 30 dekabr 2023-cü il tarixli maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 18 noyabr 2019-cu il tarixli ECK5825548 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 545 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 163 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 54 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia qismən təmin edilməli, cavabdeh X1 ECK5825548 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 545 manat əsas, 54 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 629 (altı yüz iyirmi doqquz) manat alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 ECK5825548 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 545 manat əsas, 54 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 629 (altı yüz iyirmi doqquz) manat alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-249/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-249/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver