Məhkəmə qərarları › İş №e-2(037)-264/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-264/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-264/2023 10.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 10 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "ABC-TELECOM" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3 ədəd HOFFMANN markalı kondisioner üçün 6610.5 manat əsas, 2082.3 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ASUS markalı kompüter üçün 685 manat əsas, 205.2 manat dəbbə pulu, ümumilikdə 9583 manat borc və 115.83 manat dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh HOFFMANN markalı kondisioner və ASUS markalı kompüter almış və nəticədə 9583 manat borcu yaranmışdır.Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir.Cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişi 3566 manat olan 3 ay müddətinə hər ay 2313.5 manat ödəməklə cəmi 10506.5 manat dəyərində aldığı HOFFMANN markalı kondisioner üçün borcu 6610.5 manat əsas, 2082.3 manat dəbbə pulu, cəmi 8692.8 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişi 75 manat olan 12 ay müddətinə hər ay 62.5 manat ödəməklə cəmi 825 manat dəyərində aldığı ASUS markalı kompüter üçün borcu 685 manat əsas,205.2 manat dəbbə pulu,cəmi 890.2 manat təşkil etmiş və müqavilələr üzrə ümumilikdə 4036 manat ödəniş etmişdir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.İddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3 ədəd HOFFMANN markalı kondisioner üçün 6610.5 manat ödənilməmiş hissə, 2082.3 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ASUS markalı kompüter üçün 685 manat ödənilməmiş hissə, 205.2 manat dəbbə pulu, ümumilikdə 9583 manat borc və 115.83 manat ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş,məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi cavabdehin yaşadığı İsmayıllı şəhəri, R.Rza küçəsi ev 17 ünvana göndərilmiş və qeyd edilən ünvanda atası Fətulla Mühübəliyev tərəfindən imza edilməklə qəbul edilmişdir.Eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdehə məxsus mobil nömrəyə sms bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,işdə olan xx.xx.2021-ci il tarixli 23248763 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 3566 manat olan 3 ay müddətinə hər ay 2313.5 manat ödəmək şərti ilə cəmi 10506.5 manat dəyərində 3 ədəd HOFFMANN markalı kondisioner satılmışdır. xx.xx.2021-ci il tarixli 23106640 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 75 manat olan 12 ay müddətinə hər ay 62.5 manat ödəmək şərti ilə cəmi 825 manat dəyərində ASUS markalı kompüter satılmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 12 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə HOFFMANN markalı kondisioner üçün 10506.5 manat məbləğindən 3896 manat ödəniş etmiş, 6610.5 manat əsas və 2082.3 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə ASUS markalı kompüter üçün 825 manat məbləğindən 140 manat ödəniş etmiş, 685 manat əsas və 205.2 manat dəbbə pulu olmaqla 4036 manat ödəniş etmiş,7295.5 manat əsas,2287.5 manat dəbbə pulu, cəmi 9583 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 115.83 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişi 3566 manat olan 3 ay müddətinə hər ay 2313.5 manat ödəmək şərti ilə cəmi 10506.5 manat dəyərində 3 ədəd HOFFMANN markalı kondisioner və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişi 75 manat olan 12 ay müddətinə hər ay 62.5 manat ödəməklə cəmi 825 manat dəyərində ASUS markalı kompüter almışdır.Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borca dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçıya olan borcunun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 6610.5 manat əsas, 2082.3 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 685 manat əsas, 205.2 manat dəbbə pulu borcu qalmışdır.İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 115.83 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3 ədəd HOFFMANN markalı kondisioner üçün 6610.5 manat ödənilməmiş hissə, 2082.3 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ASUS markalı kompüter üçün 685 manat ödənilməmiş hissə, 205.2 manat dəbbə pulu, ümumilikdə 9583 manat borc və 115.83 manat ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn,pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 6610.5 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 685 manat olmaqla, cəmi 7295.5 manat əsas borc məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması və cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2082.3 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 205.2 manat olmaqla, cəmi 2287.5 manat dəbbə pulunun alınmasına dair hissələri qismən-xx.xx.2021-ci il tarixli müqavilə üzrə 700 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 70 manat olmaqla, cəmi 770 manat dəbbə pulu həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 115.83 manat dövlət rüsumu məbləğinin 100.65 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 15.18 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 6610.5 manat əsas, 700 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 685 manat əsas, 70 manat dəbbə pulu olmaqla, ümumilikdə 8065.5 manat borc və 100.65 manat dövlət rüsumu olmaqla, cəmi 8166.15 manat məbləğ alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin 15.18 manatı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar