Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-277/2024 19.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 06.01. 2023-cü il tarixli müqaviləyə əsasən TCL LED TV üçün 1049.07 manat ödənilməmiş hissə, 104.93 manat cərimə və 31.54 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06.01. 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1200.78 manat (18 ay + 66,71 manat + 0 manat ilkin ödəniş) olan TCL LED TV almışdır. Cavabdeh müqavilə üzrə 151,71 manat ödəniş etmiş, 1049.07 manat ödənilməmiş hissə və 104.93 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 17 yanvar 2024-cü il tarixdə göndərilmişdir. Cavabdehə bildirişi 21 yanvar 2024-cü il tarixdə almışdır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -06 yanvar 2023-cü il tarixli 03743075 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 66,71 manat ödəmək şərti ilə cəmi 1200,8 manat dəyərində TCL LED TV satılmışdır. -08 yanvar 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 06 yanvar 2023-cü il tarixli müqavilə üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -12 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 06 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1200.78 manat borc məbləğindən 151.71 manat ödəniş etmiş, 1049.07 manat ödənilməmiş hissə, 104.93 manat cərimə - cəmi 1154 manat borcu qalmışdır. -13 yanvar 2024-cü il tarixli **********02 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 31.54 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tərəflər arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli 03743075 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 66,71 manat ödəmək şərti ilə cəmi 1200,78 manat dəyərində TCL LED TV satılmışdır. Cavabdeh müqavilə üzrə 151,71 manat ödəniş etmiş, 1049.07 manat ödənilməmiş borcu qalmış, həmin borca 104.93 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 1049.07 manat borcu, 104.93 manat cərimə və ödənilmiş 31.54 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 06 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1049.07 manat ödənilməmiş hissə, 104.93 manat cərimə və 31,54 manat dövlət rüsumu, cəmi 1185.54 manat məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 06 yanvar 2023-cü il tarixli müqavilə üzrə 1049.07 manat ödənilməmiş hissə, 104.93 manat cərimə və 31,54 manat dövlət rüsumu olmaqla, cəmi 1185 (min bir yüz səksən beş) manat 54 qəpik məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-277/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-277/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver