Məhkəmə qərarları › İş №e-2(037)-28/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-28/2022

16.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-28/2022 16.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki işə 16 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan,diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı müəssisə tələbini belə əsaslandırmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında daş hasar inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 390.06.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X4 İdarəsi tərəfindən 04.03.2021-ci il tarixli, 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və hazırkı vaxtadək həmin yaşayış evində yaşayır. Mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edərkən həmin ərazidən qaz xəttinin keçdiyindən məlumatı olmamışdır. Eyni zamanda həmin evə dair onun adına 26.11.2014-cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Ona görə də həmin torpaq sahəsində qeyd edilən tikililər qanuni inşa edilmiş və hazırkı vaxta qədər ailəsi ilə birlikdə fasiləsiz və etirazsız olaraq orada yaşamışdır. Odur ki, tikilinin sökülməsi tələbinə dair iddianı qəbul etmir. Ona görə də iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatlarını, işdə olan sənədləri, ekspert rəyini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki,iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 26.11.2014-cü il tarixli, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Mican kəndi ərazisində 0,13 ha torpaq sahəsində ümumi sahəsi, 145,9 kv.m, yaşayış sahəsi 80,3 kv.m, yardımçı sahə 65,6 kv.m, 4 otaqlı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 11.03.2022-ci il tarixli 10/232 nömrəli rəyindən görünür ki, Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafə 1 m, qaz kəməri ilə tikili (talvar) arasında olan məsafə isə təxminən 4-4.5 m təşkil edir (kəmər yeraltı keçdiyinə görə kəmərlə tikili arasında olan məsafəni dəqiq müəyyən etmək mümkün deyildir). İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafənin 1 m təşkil etdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 nömrəli əlavələr) tələblərinə əsasən həmin hasarın qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həyətyanı sahədə yerləşən tikili (talvar) ilə qaz kəmərinin arasında olan məsafənin 4-4,5 m təşkil etdiyini nəzə aldıqda göstərilən Qaydaların tələblərinə əsasən tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yeraltı keçən hissəsi həyətyanı sahədən hansı dərinlikdə keçməsi sualı üzrə vəsatət təmin edilmədiyinə görə tədqiqat aparılmadı. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və hazırkı vaxtadək həmin yaşayış evində yaşayır. Çıxarıça əsasən İsmayıllı rayonu, Mican kəndi ərazisində 0,13 ha torpaq sahəsində ümumi sahəsi, 145,9 kv.m, yaşayış sahəsi 80,3 kv.m, yardımçı sahə 65,6 kv.m,4 otaqlı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir.Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafənin 1 m təşkil etdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 nömrəli əlavələr) tələblərinə əsasən həmin hasarın qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, həyətyanı sahədə yerləşən tikili (talvar) ilə qaz kəmərinin arasında olan məsafənin 4-4,5 m təşkil etdiyini nəzə aldıqda göstərilən Qaydaların tələblərinə əsasən tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə işin müəyyən olunmuş yuxarıdakı hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, sözügedən torpaq sahəsində sökülməsi tələb olunan həmin tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda sözügedən daş hasarın özbaşına tikinti kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli daş hasarın hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Göründüyü kimi qanunverici özbaşına tikintinin hüquqi əsasını müəyyən etmişdir. İş materiallarından da göründüyü kimi, 26.11.2014-cü il tarixli, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İsmayıllı rayonu, Mican kəndi ərazisində 0,13 ha torpaq sahəsində ümumi sahəsi, 145,9 kv.m, yaşayış sahəsi 80,3 kv.m, yardımçı sahə 65,6 kv.m, 4 otaqlı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Bu hal isə hazırkı fərdi yaşayış evinin və onun tərkib hissəsi olan tikintilərin özbaşına tikinti kimi qiymətləndirilməsini istisna edir. Bu hala cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi həmin daş hasarın yerləşdiyi fərdi yaşayış evində sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışdır. İddiaçı iddia etdiyi vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur.Çünki həmin vaxta qədər iddiaçı tərəfindən ona qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuş, yalnız 2021-ci ildə tikilinin sökülməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, həmin tikili qeyri-qanuni və özbaşına tikili kimi qiymətləndirilə bilməz, çünki, Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmə tərəfindən sökülə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə 27.09.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X5 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X5 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15.01.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15.04.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09.06.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki,həmin tikililər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci maddəsinə görə siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək) torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müəssisənin iddiası əsassızdır, iddiaçının sökülməsini tələb etdiyi daş hasar qanuni əsaslarla inşa edilmişdir. İddianın təmin edilməsinin hüquqi əsasları mövcud deyildir və ona görə də iddia rədd edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, əşyanın şəxsə mənsub olması, onun iqtisadi mənada mənimsənilməsi, hüquqi mənada isə ona mülkiyyət hüququnun əldə edilməsi ilə təzahür edir. Məhkəmə tərəflərin bərabərliyi və hərtərəflilik prinsipinin tələblərini rəhbər tutaraq hazırkı mübahisənin həll edilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etmək məqsədi ilə Avropa Məhkəməsinin presedentlərinə istinad etməyi də zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi olmuş və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus olmuşdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin evi onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Göründüyü kimi Avropa Məhkəməsi hətda dövlət orqanlarının uzun müddət yol verdikləri marağı mülkiyyətə bərabər tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə istinad olunan hüquq normalarının və X5 Məhkəməsinin presedentlərinin tələbləri baxımından hesab edir ki, cavabdehə məxsus həmin tikililərin özbaşına tikili hesab edilərək əvəzi ödənilmədən sökülməsi, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evində yaşaması onun ailəsi ilə birlikdə uzun müddət təşəkkül tapmış ailə maraqlarının və qanuni mənafelərinin səmərəli müdafiəsini təmin edir. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi sözügedən daş hasar fərdi yaşayış evi ilə birlikdə 1991-ci ildə tikilmiş və bu barədə smeta tərtib edilərək texniki paspot verilmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırda sökülməsi tələb edilən daş hasarın yerləşdiyi fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd (Çıxarış) qüvvədədir və həmin sənədin etibarsızlığı və ya ləğvi ilə bağlı aidiyyəti məhkəməyə müraciətin olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda texniki pasporta əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evinə dair daş hasar (tikinti) qanunsuz tikinti sayıla bilməz və bunun üçün ilk növbədə həmin hüquqmüəyyənedici sənəd ləğv edilməli və sonra sözügedən tikinti qanunsuz tikinti hesab edilərək sökülməsi barədə iddia qaldırılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli,əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənəbiləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına uyğun olaraq nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 102 (bir yüz iki) manat məhkəmə xərci iddiaçı müəssisədən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı tələb isə təmin edilmədiyindən ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10(on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 102 manat məbləğində pul İddiaçındən tutulsun,Az.MEM,VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************,X1, KOD 210005, VÖEN **********,müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar