Məhkəmə qərarları › İş №e-2(037)-285/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-285/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-285/2025 21.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17 aprel 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********52244 olan Honor X8B markalı telefon üçün 651,1 manat ödənilməmiş hissə, 195,33 manat cərimə və 25 aprel 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********04663 olan Xıaomı Redmi 12 markalı telefon üçün 451,5 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 135,45 manat cərimə, ümumilikdə 1456,98 manat borc və 34,57 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 17 aprel 2024cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 987,12 manat (18 ay + 54,84 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********52244 olan Honor X8B markalı telefon almışdır. Cavabdeh 17 aprel 2024-cü il tarixli müqaviləsinə əsasən 23 iyul 2024-cü il tarixində “qızıl zəmanət ultra 3 il” xidmətindən imtina etmiş və məhsul 150 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 25 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 484,02 manat (18 ay + 26,89 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********04663 olan Xıaomı Redmi 12 markalı telefon almışdır. Cavabdehin 17 aprel 2024-cü il tarixli müqavilə üzrə ödədiyi məbləğ 186,02 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 150 manat, digər müqavilə üzrə ödənilən məbləğ 32,52 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 17 aprel 2024-cü il tarixli 11987813 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 54,84 manat olmaqla cəmi 987,12 manat dəyərində İmei kodu **********52244 olan Honor X8B markalı telefon satılmışdır. - 25 aprel 2024-cü il tarixli 02999264 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 26,89 manat olmaqla cəmi 484,02 manat dəyərində İmei kodu **********04663 olan Xıaomı Redmi 12 markalı telefon satılmışdır. - 25 oktyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 27 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 17 aprel 2024-cü il tarixli müqavilə üzrə 987,12 manat borc məbləğindən 336,02 manat (186,02+150 manat məhsul qaytarıldıqdan sonra qoyulan qiymət) ödəniş etmiş, 651,1 manat ödənilməmiş hissə, 195,33 manat cərimə, 25 aprel 2024-cü il tarixli müqavilə üzrə 484,02 manat borc məbləğindən 32,52 manat ödəniş etmiş, 451,5 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 135,45 manat cərimə hər iki müqavilə üzrə cəmi 1456,98 manat borcu qalmışdır. - 27 dekabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kodu **********04663 olan Xıaomı Redmi 12 4/128GB Mıdnight Black markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat pul ödənilmişdir. - 28 dekabr 2024-cü il tarixli 71269853 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 34,57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 17 aprel 2024-cü il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 54,84 manat ödəmək şərti ilə cəmi 987,12 manat dəyərində İmei kodu **********52244 olan Honor X8B markalı telefon, 25 aprel 2024-cü il tarixli 02999264 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 26,89 manat ödəmək şərti ilə cəmi 484,02 manat dəyərində İmei kodu **********04663 olan Xıaomı Redmi 12 markalı telefon satılmışdır. Cavabdeh 17 aprel 2024-cü il tarixli müqaviləsinə əsasən 23 iyul 2024-cü il tarixində “qızıl zəmanət ultra 3 il” xidmətindən imtina etmiş və məhsul 150 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 17 aprel 2024cü il tarixli müqavilə üzrə ödədiyi məbləğ 186,02 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 150 manat, digər müqavilə üzrə ödənilən məbləğ 32,52 manat təşkil edir. Cavabdehin 17 aprel 2024-cü il tarixli müqavilə üzrə 651,1 manat borcu qalmış, həmin borca 195,33 manat cərimə, 25 aprel 2024-cü il tarixli müqavilə üzrə 451,5 manat borcu qalmış, həmin borca 135,45 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 17 aprel 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********52244 olan Honor X8B markalı telefon üçün 651,1 manat ödənilməmiş hissə, 195,33 manat cərimə və 25 aprel 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********04663 olan Xıaomı Redmi 12 markalı telefon üçün 451,5 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 135,45 manat cərimə, ümumilikdə 1456,98 manat borc və 34,57 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 17 aprel 2024-cü il tarixli müqavilə üzrə 651,1 manat və 25 aprel 2024-cü il tarixli müqavilə üzrə 451,5 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbinə əsasən cavabdehdən 17 aprel 2024-cü il tarixli müqavilə üzrə 195,33 manat və 25 aprel 2024-cü il tarixli müqavilə üzrə 135,45 manat cərimə məbləği alqı-satqı müqavilələrinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 195,33 manat və 135,45 manat cərimə məbləğlərinin tutulmasına dair hissələri qismən – müvafiq olaraq 66 manat və 46 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1238,2 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 32,38 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 34,57 manat dövlət rüsumunun 2,19 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17 aprel 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********52244 olan Honor X8B markalı telefon üçün 651,1 manat ödənilməmiş hissə, 66 manat cərimə, 25 aprel 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********04663 olan Xıaomı Redmi 12 markalı telefon üçün 451,5 manat ödənilməmiş hissə, 46 manat cərimə və 34,57 manat dövlət rüsumu, cəmi 1270 (bir min iki yüz yetmiş) manat 58 (əlli səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar