Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-286/2023 17.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 17 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən themza-yataq-çarpayı, themza-yataq-tumba, Matras-Lili üçün 335.2 manat ödənilməmiş hissə, 100.8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG musiqi mərkəzi üçün 53 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən themza-yataq-dolab, themza-yataqtermo üçün 382 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********44020 olan Samsung Galaxy A12 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********14905 olan Samsung Galaxy A12 markalı telefon üçün 396.4 manat ödənilməmiş hissə, 117.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1302 manat ödənilməmiş hissə, 297 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Dell kompüter üçün 784 manat ödənilməmiş hissə, 235 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Gorenje üçün 103.8 manat ödənilməmiş hissə, 29.2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən TV-Altı Lizbon üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********08732 olan Samsung Galaxy A72 markalı telefon üçün 870.4 manat ödənilməmiş hissə, 260.6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer kompüter üçün 1871 manat ödənilməmiş hissə, 558 manat dəbbə pulu olmaqla, 8554 manat borcun və 105.54 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən ümumilikdə 10667.16 manat məbləğində themza-yataq-çarpayı, themza-yataq-tumba, Matras-Lili, LG musiqi mərkəzi, themza-yataq-dolab, themza-yataq-termo, İMEİ Kod **********44020 olan Samsung Galaxy A12 markalı telefon, İMEİ Kod **********14905 olan Samsung Galaxy A12 markalı telefon, LG LED TV, Dell kompüter, Aspirator Gorenje, TV-Altı Lizbon, İMEİ Kod **********08732 olan Samsung Galaxy A72 markalı telefon və Acer kompüter almışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1017.6 manat olan (24 ay x 42.4 manat + 0 manat ilkin ödəniş) themza-yataq-çarpayı, themza-yataq-tumba, Matras-Lili üçün 335.2 manat ödənilməmiş hissə, 100.8 manat dəbbə pulu, alqı-satqı qiyməti 504 manat olan (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) LG musiqi mərkəzi üçün 53 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, alqı-satqı qiyməti 1090 manat olan (20 ay x 54.5 manat + 0 manat ilkin ödəniş) themza-yataq-dolab, themza-yataq-termo üçün 382 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, alqı-satqı qiyməti 401.7 manat olan (3 ay x 130 manat + 11.7 manat ilkin ödəniş) İMEİ Kod **********44020 olan Samsung Galaxy A12 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, alqı-satqı qiyməti 476.4 manat olan (12 ay x 39.7 manat + 0 manat ilkin ödəniş) İMEİ Kod **********14905 olan Samsung Galaxy A12 markalı telefon üçün 396.4 manat ödənilməmiş hissə, 117.6 manat dəbbə pulu, alqı-satqı qiyməti 1488 manat olan (24 ay x 62 manat + 0 manat ilkin ödəniş) LG LED TV üçün 1302 manat ödənilməmiş hissə, 297 manat dəbbə pulu, alqı-satqı qiyməti 1970.5 manat olan (12 ay x 112.2 manat + 624.1 manat ilkin ödəniş) Dell kompüter üçün 784 manat ödənilməmiş hissə, 235 manat dəbbə pulu, alqı-satqı qiyməti 249.6 manat olan (12 ay x 20.8 manat + 0 manat ilkin ödəniş) Aspirator Gorenje üçün 103.8 manat ödənilməmiş hissə, 29.2 manat dəbbə pulu, alqı-satqı qiyməti 300 manat olan (3 ay x 100 manat + 0 manat ilkin ödəniş) TV-Altı Lizbon üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, alqı-satqı qiyməti 1050.4 manat olan (12 ay x 79.2 manat + 0 manat ilkin ödəniş) İMEİ Kod **********08732 olan Samsung Galaxy A72 markalı telefon üçün 870.4 manat ödənilməmiş hissə, 260.6 manat dəbbə pulu, alqı-satqı qiyməti 2118.96 manat olan (12 ay x 155.93 manat + 247.8 manat ilkin ödəniş) Acer kompüter üçün 1871 manat ödənilməmiş hissə, 558 manat dəbbə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh cəmi 4009.36 manat ödəniş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrindən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqavilələri bağlamışlar. Müqavilələrin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilələrin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: themza-yataq-çarpayı, themza-yataq-tumba, Matras-Lili, LG musiqi mərkəzi, themza-yataq-dolab, themza-yataq-termo, İMEİ Kod **********44020 olan Samsung Galaxy A12 markalı telefon, İMEİ Kod **********14905 olan Samsung Galaxy A12 markalı telefon, LG LED TV, Dell kompüter, Aspirator Gorenje, TV-Altı Lizbon, İMEİ Kod **********08732 olan Samsung Galaxy A72 markalı telefon, Acer kompüter. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəmə cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1017.6 manat olan themza-yataq-çarpayı, themza-yataq-tumba, Matras-Lili üçün 24 ay müddətinə aylıq 42.4 manat ödəməyi, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 504 manat olan LG musiqi mərkəzi üçün 18 ay müddətinə aylıq 28 manat ödəməyi, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1090 manat olan themzayataq-dolab, themza-yataq-termo üçün 20 ay müddətinə aylıq 54.5 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 401.7 manat olan İMEİ Kod **********44020 olan Samsung Galaxy A12 markalı telefon üçün 11.7 manat ilkin ödəniş olmaqla 3 ay müddətinə aylıq 130 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 476.4 manat olan İMEİ Kod **********14905 olan Samsung Galaxy A12 markalı telefon üçün 12 ay müddətinə aylıq 39.7 manat ödəməyi, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1488 manat olan LG LED TV üçün 24 ay müddətinə aylıq 62 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1970.5 manat olan Dell kompüter üçün ilkin ödənişi 624.1 manat olmaqla 12 ay müddətinə aylıq 112.2 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 249.6 manat olan Aspirator Gorenje üçün 12 ay müddətinə aylıq 20.8 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 300 manat olan TV- Altı Lizbon üçün 3 ay müddətinə aylıq 100 manat ödəməyi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1050.4 manat olan İMEİ Kod **********08732 olan Samsung Galaxy A72 markalı telefon üçün 12 ay müddətinə aylıq 79.2 manat ödəməyi və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2118.96 manat olan Acer kompüter üçün ilkin ödənişi 247.8 manat olmaqla 12 ay müddətinə aylıq 155.93 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə İsmayıllı rayonun Qurbanəfəndi kəndində anadan olmuş Cavabdeh həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 335.2 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 53 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 382 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 260 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 396.4 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 1302 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 784 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 103.8 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 300 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 870.4 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borcu 1871 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 335.2 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 100.8 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 34 manata, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 382 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 113 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 38 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 260 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 78 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 26 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 396.4 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 117.6 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 40 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1302 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 297 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 130 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 784 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 235 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 78 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 103.8 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 29.2 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 11 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 300 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 90 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 30 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 870.4 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 260.6 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 87 manata, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1871 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 558 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 180 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən themza-yataqçarpayı, themza-yataq-tumba, Matras-Lili üçün 335.2 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG musiqi mərkəzi üçün 53 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən themza-yataq-dolab, themza-yataq-termo üçün 382 manat ödənilməmiş hissə, 38 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********44020 olan Samsung Galaxy A12 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********14905 olan Samsung Galaxy A12 markalı telefon üçün 396.4 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1302 manat ödənilməmiş hissə, 130 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Dell kompüter üçün 784 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Gorenje üçün 103.8 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən TV-Altı Lizbon üçün 300 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********08732 olan Samsung Galaxy A72 markalı telefon üçün 870.4 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer kompüter üçün 1871 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu olmaqla, cəmi 7328.8 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 105.54 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 7328.8 manat borc məbləği hissəsinə münasib olaraq 93.28 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 12.26 manat hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən themza-yataq-çarpayı, themza-yataqtumba, Matras-Lili üçün 335.2 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG musiqi mərkəzi üçün 53 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən themza-yataqdolab, themza-yataq-termo üçün 382 manat ödənilməmiş hissə, 38 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********44020 olan Samsung Galaxy A12 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********14905 olan Samsung Galaxy A12 markalı telefon üçün 396.4 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1302 manat ödənilməmiş hissə, 130 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Dell kompüter üçün 784 manat ödənilməmiş hissə, 78 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Aspirator Gorenje üçün 103.8 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən TV-Altı Lizbon üçün 300 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********08732 olan Samsung Galaxy A72 markalı telefon üçün 870.4 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer kompüter üçün 1871 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu və 93.28 manat dövlət rüsumu olmaqla, cəmi 7422 (yeddi min dörd yüz iyirmi iki) manat 08 (səkkiz) qəpik məbləğ Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 12.26 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-286/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-286/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver