Məhkəmə qərarları › İş №e-2(037)-290/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-290/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-290/2022 01.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 01 mart 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən e t d i: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 25.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı TV üçün 634 manat ödənilməmiş hissə və 63 manat cərimə və 09.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70277 Samsung galaxy A01 markalı telefon üçün 273.4 manat ödənilməmiş hissə və 27.6 manat cərimə olmaqla, ümumilikdə 998 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 02 fevral 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 07 fevral 2022-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 25.02.2020 və 09.06.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh "xxxx" MMC-dən Samsung LED markalı TV və İMEİ kodu **********70277 Samsung galaxy A01 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı TV üçün 634 manat ödənilməmiş hissə və 63 manat cərimə və 09.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70277 Samsung galaxy A01 markalı telefon üçün 273.4 manat ödənilməmiş hissə və 27.6 manat cərimə olmaqla, ümumilikdə 998 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə cəmi 782.8 manat ödəniş etmişdir. İddiaçı cavabdehdən 25.02.2020 və 09.06.2020-ci il tarixli müqavilələr üzrə ümumilikdə 998 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 25 fevral 2020-ci il tarixli 20126342 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 104.5 manat ödəmək şərti ilə cəmi 1299 manat dəyərində Samsung LED markalı TV satılmışdır. 09 iyun 2020-ci il tarixli 20337611 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 32.60 manat ödəmək şərti ilə cəmi 391.20 manat dəyərində İMEİ kodu **********70277 Samsung galaxy A01 markalı telefon satılmışdır. 04 yanvar 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 21 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 25.02.2020-ci il tarixli müqavilə üzrə 665 manat ödəniş etmiş, 634 manat ödənilməmiş hissə və 63 manat cərimə və 09.06.2020-ci il tarixli müqavilə üzrə 117.8 manat ödəniş etmiş, 273.4 manat ödənilməmiş hissə və 27.6 manat cərimə olmaqla, ümumilikdə 998 manat borcu qalmışdır. 24 yanvar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, 25.02.2020 və 09.06.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh "xxxx" MMC-dən Samsung LED markalı TV və İMEİ kodu **********70277 Samsung galaxy A01 markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 25.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı TV üçün 634 manat ödənilməmiş hissə və 63 manat cərimə və 09.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70277 Samsung galaxy A01 markalı telefon üçün 273.4 manat ödənilməmiş hissə və 27.6 manat cərimə olmaqla, ümumilikdə 998 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə ümumilikdə ödədiyi məbləğ 782.8 manat təşkil edir.İddiaçı cavabdehdən ümumilikdə 998 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 25.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı TV üçün 634 manat ödənilməmiş hissə və 63 manat cərimə və 09.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********70277 Samsung Galaxy A01 markalı telefon üçün 273.4 manat ödənilməmiş hissə və 27.6 manat cərimə olmaqla, ümumilikdə 998 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1028 (bir min iyirmi səkkiz) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar